Niyam: “Röyanın addımı aramızdakı buzları əritdi”

Niyam: “Röyanın addımı aramızdakı buzları əritdi”
MAQAZİN
18:21 14.05.2025
440
"Röyanın atdığı addım aramızdakı buzları əritdi”.

AZXEBER.COM xəbər verir ki, bunu "İncə səhər” verilişində müğənni Niyam Salami deyib.

"Mənim xasiyyətimi hamı bilir. Heç vaxt yaltaqlığı xoşlamıram. Röya da yaltaq adamları xoşlamır. Biz xanım müğənni duet ortağımla liftdə olanda, qapı açıldı Röya mindi. Nəsə baş verdi, anlamadım biz salamlaşmadıq. Ondan da aramızda inciklik yaranmışdı. Mən çəkilib kənarda dayandım və hər şeyin zamanını gözlədim. Salam Allahın adıdır, orada o mənə salam verməli idi. Sonra doğum günümdə onun müsahibə verməyi və məni səmimi şəkildə təbrik etməyi aramızdakı bütün buzları əritdi” deyə o bildirib.
 
Aysel
OXŞAR XƏBƏRLƏR