Nizaməddin Quliyev icra hakimiyyətinin rəsmi saytında hələ də icra başçısıdır - FOTOFAKT

SOSİAL
11:59 20.12.2019
4511

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev həbs edilən icra başçısıyla bağlı sərəncam verib. 

Sərəncama əsasən, Nizaməddin Məhəmməd oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

 

Qeyd edək ki, dekabrın 18-i Ağstafa icra başçısı Nizaməddin Quliyev, müavini Ramiz Tatarov və Yevlaxın sabiq başçısı Qoca Səmədov saxlanılıb. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar.

Hazırda iş üzrə cinayətin digər iştirakçılarının müəyyənləşdirilərək istintaqa cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

AZXEBER.COM-un məlumatına görə, bu sərəncamandan sonra Ağstafa rayon icra hakimiyyətinin rəsmi saytı olan https://agstafa-ih.gov.az/-da heç bir dəyişiklik edilməyib.

Belə ki, saytda hələ də icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev, birinci müavin isə Ramiz Tatarov göstərilir.

Daha bir maraqlı məqam isə ondan ibarətdir ki, icra başçısı həbs edildiyi gün yəni 19 dekabrda icra hakimiyyətinin məsul əməkdaşları Ağstafanın Tatlı kəndində səyyar görüş keçirməli idilər. 




 

 

OXŞAR XƏBƏRLƏR