Bakıda taksi sürücülərinin narazılığı artır: Yeni qaydalar sərnişin daşımalarını məhdudlaşdırır

Bakıda taksi sürücülərinin narazılığı artır: Yeni qaydalar sərnişin daşımalarını məhdudlaşdırır
SOSİAL
15:13 02.02.2026
1002
Qaydalara əsasən, taksi sürücüləri yalnız qeydiyyatda olduqları ərazi üzrə sərnişin daşıya bilərlər. Bu isə Bakıda qeydiyyatdan keçən sürücülərin Sumqayıtda, Sumqayıtda qeydiyyatda olanların isə Bakıda sərnişin götürməsini qadağan edir. Nəticədə, paytaxtla ətraf şəhərlər arasında gündəlik sərnişin axınına xidmət edən minlərlə sürücü fəaliyyət imkanlarının məhdudlaşdırıldığını bildirir. Yeni tələblərə görə, sürücü Bakıdan Sumqayıta sifariş aparırsa, əks istiqamətdə — yəni Sumqayıt ərazisində sərnişin götürmək üçün onun bu şəhər üzrə ayrıca buraxılış kartı olmalıdır. Əks halda, həmin ərazidə taksi fəaliyyəti göstərməsi qanunsuz sayılır.

Taksi sürücülərinin sözlərinə görə, bir şəhərdən digərinə sərnişin aparıb boş qayıtmaq həm yanacaq və vaxt itkisinə, həm də ümumi qazancın azalmasına səbəb olur. Bu isə qiymətlərin artmasına gətirib çıxarır. Artıq sərnişinlər də bahalaşmanı hiss etdiklərini deyirlər. Onların sözlərinə görə, əvvəllər 10–12 manata gedilən məsafələr indi 15–18 manata təklif olunur. Xüsusilə Bakı–Sumqayıt və Bakı–Xırdalan istiqamətlərində qiymətlər daha sürətlə yüksəlib.

Nəqliyyat eksperti Elməddin Muradlı AZXEBER.COM-a açıqlamasında bildirib ki, qanunvericilik baxımından bu etirazların hüquqi əsası yoxdur:

"Narazılığın müəyyən əsasları var, amma qanunvericilik baxımından bu etirazların hüquqi əsası yoxdur. Çünki qanuna görə, buraxılış kartını hansı bölgə üzrə almısınızsa, yalnız həmin bölgədə fəaliyyət göstərə bilərsiniz. Dövlətin nəqliyyatla bağlı müəyyən siyasəti var. Bakı şəhəri üçün kvota müəyyənləşdirilib. Halbuki hazırda bu rəqəm 40 minə yaxındır, hətta ondan da çoxdur. Əgər Sumqayıt və Abşeron üzrə qeydiyyatdan keçmiş taksilər də Bakıya axışsa, vəziyyət daha da ağırlaşacaq. Sürücülər Sumqayıt və Abşeron üzrə kart alıb Bakıda işləyəcəklər. Bu isə Bakıda nəqliyyat və taksi sıxlığının yenidən artmasına səbəb olacaq. Qanunvericilik baxımından dövlət bu qərarla düzgün addım atır.”


Ekspert qeyd edib ki, əsas məsələ ortaq məxrəcə gəlməkdir:

"Dolanışıq baxımından taksi sürücülərinin narazılığı da başa düşüləndir. Ona görə də əsas məsələ ortaq məxrəcə gəlməkdir. Oturub düşünmək lazımdır ki, əgər bir sürücü Sumqayıtdan Bakıya sərnişin gətirirsə, niyə Bakıdan geri boş qayıtsın? Bunun üçün mexanizm olmalıdır. Əgər sürücü Bakıya sərnişin gətiribsə, onun boş qayıtmasına məcbur edilməməlidir. Əks halda, Sumqayıtdan gətirdiyi sərnişinin xərcini ikiqat ödəməsi lazım gəlir. Müasir sistemlər, süni intellekt vasitəsilə bu məsələni izləmək, kim həqiqətən işləmək üçün gəlir, kim isə sadəcə sərnişin gətirir — ayırd etmək mümkündür. Sistem üzərindən müəyyən etmək olar ki, bu şəxs hər gün Sumqayıtdan gəlib Bakıda işləyir, yoxsa həqiqətən sərnişin gətirib. Əgər sərnişin gətiribsə, onun geri dönüşdə bir müştəri götürməsinə şərait yaradılmalıdır.”

E.Muradlı deyib ki, Bakı–Sumqayıt və Abşeron istiqamətində ictimai nəqliyyat gücləndirilməlidir:

"Nəqliyyat növləri artırılmalıdır ki, insanlar mümkün qədər az hallarda bu məsafəni taksi ilə getmək istəsinlər. Yəni taksiyə ehtiyac minimuma endirilməlidir. Amma biz hələ bu mərhələyə tam çatmamışıq. Bu səbəbdən, müəyyən keçid dövrü üçün sırf sərnişin gətirən sürücülərin boş qayıtması məsələsi tənzimlənməlidir. Məsafə böyükdür və bu gün taksi qiymətləri göstərilən xidmətə, müasir avtomobillərə və sürücülərin üzərinə qoyulan tələblərə baxanda əslində ucuzdur. Sürücülər də buna görə haqlı olaraq narazıdırlar. Mən dəfələrlə taksi sürücüləri ilə danışmışam və hər dəfə bildirirlər ki, qiymətlər dolanışıq üçün uyğun deyil. Bu məsələlərdə tənzimləmə olmalıdır ki, həm sürücü əziyyət çəkməsin, həm də sərnişinlər üçün xidmət əlçatan qalsın.”

Ağ Partiya sədri Tural Abbaslı AZXEBER.COM-a bildirib ki, bu qaydalar adətən iri şəhərlərdə tətbiq olunur:

"Bu qaydalar iri şəhərlərdə tətbiq olunur. Məsələn, müxtəlif şəhərlərin taksiləri yalnız öz qeydiyyat yerlərində normal qazanc əldə edə bilsin deyə, digər şəhərlərdəki sürücülərin fəaliyyətinə qadağa qoyulur. Bu, böyük şəhərlərdə və iri dövlətlərdə mənalı ola bilər. Amma Azərbaycanda şəhərlər nisbətən kiçikdir və Bakıda başqa inkişaf etmiş şəhər yoxdur. 3–5 taksi Bakıdan gedib Sumqayıtda fəaliyyət göstərirsə, bunun nə ziyanı ola bilər? AYNA bunu hansı arqumentlə əsaslandırır? Əgər tələb varsa, niyə fəaliyyət göstərmək mümkün olmamalıdır?”


Sədr əlavə edib ki, bu cür qərarlar dövlət ilə xalq arasında uçurumu dərinləşdirir:

"Azərbaycanda vətəndaşlar bütün ərazilərdə işləyə, yaşayışını qura və qazanc əldə edə bilərlər. Sadəcə bu qərarlar insanlarda narazılıq yaradır və onların həyatını daha da çətinləşdirir. Mən bunu mənasız və məntiqsiz qərar hesab edirəm. Çünki bir çox hallarda Sumqayıtda qeydiyyatda olan şəxs Bakıda, Bakıda qeydiyyatda olan isə Sumqayıtda işləyir. İnsanların həyatını asanlaşdırmaq, onların şəraitini yaxşılaşdırmaq əvəzinə, belə qərarlar vəziyyəti ağırlaşdırır. Bu həm sıravi vətəndaşlar, həm də taksi xidmətində çalışan insanlar üçün problem yaradır. Mən hesab edirəm ki, bu cür qərarlar cəmiyyətdə gərginliyi artırır və dövlət ilə xalq arasında uçurumu dərinləşdirir.”

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov isə bildirib ki, ərazi hüdudlarından kənarda fəaliyyət göstərən sürücülər 50 manat cərimə olunacaq:

"Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının Qanunun 20.2-ci maddəsinə əsasən, taksi minik avtomobilləri ilə sərnişin daşımaları buraxılış kartında müəyyən edilmiş ərazi hüdudları daxilində hər hansı şəxsin sifarişi əsasında qeyri-müntəzəm marşrut üzrə yerinə yetirilir. Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin 322.0.13 bəndinə əsasən, taksi minik avtomobili ilə sərnişin daşımalarının buraxılış kartında müəyyən edilən ərazi hüdudlarından kənarda həyata keçirilməsinə görə 50 manat cərimə nəzərdə tutulub.”

Şahanə Ziyad

Yazı Medianın İnkişafı Agentliyinin "azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusunda dərc edilib.

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO
22:26 26.07.2026
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO