Tədbir məhşurların, medianın və blogerlərin iştirakı ilə həyata keçirilib.
AZXEBER.COM xəbər verir ki, filmin baş prodüseri Orxan Mərdanqeyd edib ki, film müasir kinomuzun həm gülüş, həm də keyfiyyət baxımından öndə gedənlərindən olacaq.
Komediya Film Distribution International-ın dəstəyi ilə çəkilib. 29dekabrdan film ölkənin bütün kinoteatrlarında yayımlanacaq. Aktyorlar (baş rollarda): Elməddin Cəfərov, Fərda Amin, Ağaxan Salmanlı, Abbas Qəhrəmanov, Fidan Axundova, Rüfət Nəzərli, Nigar İbrahimova
Sinopsis:
Emiliya ilə ailə həyatı qurub xoşbəxt yaşayan Rəftar ata olmağa hazırlaşır. Bir
səhər ağrıları başlayan Emiliyanı xəstəxanaya yerləşdirdikdən sonra xəstəxana
xərclərini ödəmək üçün pul axtarmağa başlayır. İlk olaraq da yaxın dostu,
illərdir görmədiyi Qəhrəmanın yanına getməyə qərar verir. Qəhrəman isə
Nüşabədən sonra onun eşqindən tərki-dünya olaraq yaşayır. Beləliklə, Rəftar və
Qəhrəman illər sonra görüşürlər və məlum olur ki, hər iki qəhrəmanımızın
problemləri var, hər ikisinə də təcili iş lazımdır. Rəftar və Qəhrəman əllərinə
düşən ilk iş təklifini dəyərləndirərək Ağsaqqal kişiyə dayə düzəlməyi qərar
verirlər. Sözdinləməz nadinc Ağsaqqal kişi ilə yaşamaq, ona qulluq etmək elə də
asan olmur. Və günlərin bir günü Ağsaqqal təsadüfən dünyasını dəyişir. Təbii
ki, bunu heç kimə demək olmaz, çünki hamı onlardan şübhələnəcək. Məhz buna görə
bizim iki qorxaq qəhrəmanımız vəziyyətdən çıxış yolunu Ağsaqqalın ruhunu
çağırmaqda görürlər. Gözlənilmədən ruh gəlir. Rəftar və Qəhrəman bir tərəfdə
Ağsaqqalın cəsədi, bir tərəfdə də onun ruhu ilə baş-başa qalırlar. Beləliklə,
gülməli hadisələr başlayır.



