Nizami rayonunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

Nizami rayonunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
SOSİAL
18:49 06.03.2026
404
Nizami Rayon İcra Hakimiyyətinin, Yeni Klinikanın birgə təşkilatçılığı və Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələrinin xanımlarının iştirakı ilə "Zərifliyin gücü” adlı bayram tədbiri keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş bütün şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnara Muradova və Yeni Klinikanın direktoru Barat Yusubov çıxış edərək bayram münasibətilə qadınları təbrik edib, onlara cansağlığı, ailə səadəti, həyatda və işlərində uğurlar diləyiblər.

Qeyd olunub ki, bütün sahələrdə olduğu kimi əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan  dövlət qadın siyasəti bu gün böyük Zəfər qalibiyyətinin təntənəsi ilə tarixinin ən qüdrətli dövrünü yaşayan müstəqil Azərbaycanda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə yeni meyarlarla zənginləşdirilərək yüksək səviyyədə davam etdirilir, gender siyasətinin reallaşdırılması məsələsində yeniliklərə imza atan Azərbaycanda qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların genişləndirilməsi istiqamətində bu sahədə davamlı olaraq dünyaya nümunə olan tədbirlər həyata keçirilir.

Vurğulanıb ki, bu gün ölkəmizdə qadınların nüfuzu, rolu və parlaq fəaliyyəti  Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın simasında daha yüksək səviyyədə təqdim olunur.

Azərbaycanın birinci xanımı bəşəri əməlləri özündə cəmləşdirən geniş fəaliyyəti ilə hər bir Azərbaycan qadınının həyat simvoluna, ruh mənbəyinə çevrilib və bu ideallara sadiqlik nümayiş etdirən qadınlarımız yeni və daha güclü Azərbaycan naminə öz layiqli töhfələrini verir, siyasi və dövlət quruculuğu sahəsində əsil vətənpərvərlik nümunələri göstərirlər.

Vətən Müharibəsi Qəhrəmanı şəhid Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyeva şəhid ailələrinin xanımları adından  çıxış edərək dövlətimiz tərəfindən onlara, eləcə də bütün şəhid ailələrinə göstərilən böyük qayğı və diqqətə, hərtərəfli dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirib.

Tədbir bədii hissə ilə davam edib, tanınmış incəsənət nümayəndələri musiqi proqramı ilə çıxış ediblər.

Tədbirin sonunda qadınlara əlamətdar bayram münasibətilə hədiyyələr və gül dəstələri təqdim olunub.

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Fransada genişmiqyaslı etirazlara qatılanların sayı açıqlandı
22:11 05.11.2026
Fransada genişmiqyaslı etirazlara qatılanların sayı açıqlandı
Müctəba Xameneinin məktubu Vladimir Putinə çatdırılıb
22:01 05.11.2026
Müctəba Xameneinin məktubu Vladimir Putinə çatdırılıb
Gürcüstanın azərbaycanlılar yaşayan kəndində iki qardaş qətlə yetirilib
21:50 05.11.2026
Gürcüstanın azərbaycanlılar yaşayan kəndində iki qardaş qətlə yetirilib
Türkiyədə üç fərqli yerdə səkkiz nəfər öldürüldü: Şübhəli şəxs müəyyən edildi
21:46 05.11.2026
Türkiyədə üç fərqli yerdə səkkiz nəfər öldürüldü: Şübhəli şəxs müəyyən edildi
Paraqvay prezidenti istefa verib
21:37 05.11.2026
Paraqvay prezidenti istefa verib
Kamerunda yaraqlıların hücumu zamanı 7 nəfər ölüb
21:28 05.11.2026
Kamerunda yaraqlıların hücumu zamanı 7 nəfər ölüb
Dmitriyev: Putin Trampın Ukraynada nizamlanma səylərini yüksək qiymətləndirir
21:20 05.11.2026
Dmitriyev: Putin Trampın Ukraynada nizamlanma səylərini yüksək qiymətləndirir
Mətbuat Şurası sədrinin müavinləri müəyyənləşib
21:04 05.11.2026
Mətbuat Şurası sədrinin müavinləri müəyyənləşib
İran HDQ: Son sutka ərzində Hörmüzdə marşrut qaydalarını pozan 5 tanker yanıb
20:48 05.11.2026
İran HDQ: Son sutka ərzində Hörmüzdə marşrut qaydalarını pozan 5 tanker yanıb
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
20:43 05.11.2026
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
20:39 05.11.2026
Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
20:32 05.11.2026
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
20:25 05.11.2026
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
20:19 05.11.2026
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
20:14 05.11.2026
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
20:10 05.11.2026
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib