Nobel mükafatı laureatı Şimali Kipr vətəndaşı oldu

Nobel mükafatı laureatı Şimali Kipr vətəndaşı oldu
DÜNYA
18:49 01.08.2025
391

Dünyaşöhrətli alim, Nobel mükafatı laureatı professor Əziz Sancar Şimali Kipr vətəndaşı olub.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Şimali Kipr Türk Cümhuriyyətinin Nazirlər Kabineti qərar qəbul edib.

Nazirlər Kabineti qərarında qeyd edilib ki, Əziz Sancarın elmi, texniki və mədəniyyət sahələrində Şimali Kiprə xidmət edəcəyi və ölkənin xaricdə tanıdılmasına töhfə verəcəyi nəzərə alınaraq onun vətəndaşlığa qəbul olunmasına qərar verilir.

OXŞAR XƏBƏRLƏR