Bu il Nobel Sülh mükafatı ifadə azadlığının müdafiəçiləri olan iki jurnalistə verilib.
AZXEBER.COM xəbər verir ki, bunlar Rusiyada tanınan "Novaya Qazeta” jurnalının baş redaktoru Dmitri Muratov və filippinli jurnalist Maria Ressadır.
Mükafat onlara öz ölkələrində insan hüquqlarının, söz-mətbuat azalığının müdafiəsi və demokratik dəyərlərin təbliğində apardıqları əzmli mübarizəyə görə verilib.