Nokianın satışları 3 dəfə artıb

DÜNYA
19:00 23.10.2013
1038
2013-cü ilin üçüncü rübündə Nokia şirkətinin Windows Phone platforması ilə işləyən smartfonlarının satış həcmi 8 milyondan çox qurğu olacaq ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən üç dəfə çoxdur. Bu barədə şirkətin daxilində mənbələrə istinadən The Wall Street Journal nəşri deyib.AZXEBER.COM-un ICTnews-a istinadən verdiyi məlumata görə, ötən ilin müvafiq dövründə Nokia şirkətinin WP smartfonlarının satış həcmi 2,9 milyon ədəd təşkil edib. Şirkətin satış həcmi artıq dördüncü rübdür ardıcıl artır.Analitiklərin proqnozuna əsasən, Windows Phone əməliyyat sistemli mobil qurğuların bazar payı yaxın illərdə artacaq və 2017-ci ilədək qlobal smartfon bazarının 10,2%-ni təşkil edəcək.

OXŞAR XƏBƏRLƏR