Zavodda bədbəxt hadisə - Qadının barmaqları amputasiya olundu

Zavodda bədbəxt hadisə - Qadının barmaqları amputasiya olundu
SOSİAL
11:30 24.04.2025
320
Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən zavodlardan birində bədbəxt hadisə baş verib.

AZXEBER.COM xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, zavodda işləyən qəsəbə sakini 1972-ci il təvəllüdlü Mahilə Malik qızı Pəsərəkovanın əli ehtiyatsızlıqdan avadanlığın içində qalıb. Xəsarət alan qadının 2 barmağı amputasiya olunub.

Xəstəxanaya yerləşdirilmiş M.Pəsərəkovanın vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR