Norveç Kralı V Harald xarici işlər naziri Anniken Xyuitfelti istefaya göndərib. Bu barədə Norveç hökumətinin bəyanatında deyilir. Qeyd olunub ki, bu postda onu sabiq iqlim və ətraf mühit naziri Espen Bart Eyde əvəz edəcək.