Norveç Ukraynaya 242 milyon dollar hərbi yardım ayıracaq

DÜNYA
20:36 16.12.2024
198
Norveç Ukraynanın Hərbi Dəniz Qüvvələrinin gücləndirilməsinə 242 milyon ABŞ dolları vəsait ayıracaq.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Yonas Qar Störe açıqlama verib.

O qeyd edib ki, həmin vəsaitin böyük hissəsi ölkənin Qara dənizdəki hərbi donanmasının maddi-texniki təminatına, idxal-ixrac əməliyyatlarının təhlükəsizliyinin gücləndirilməsinə, eləcə də sözügedən akvatoriyadan yönələn təhlükənin qarşısını almağa sərf olunacaq.

Eyni zamanda rəsmi Oslo Ukraynaya minatəmizləmə əməliyyatları, habelə ordunun şəxsi heyətinin hərbi hazırlığında da dəstək olacaq.

OXŞAR XƏBƏRLƏR