Norveçdə tam elektriklə işləyən avtomobillərin sayının ilk dəfə olaraq benzinlə işləyən avtomobilləri ötdüyü bildirilib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Norveç Yol Federasiyasının (OFV) verdiyi açıqlamada, ölkədə qeydiyyatda olan 2,8 milyon şəxsi avtomobildən 754 min 303-nün tam elektrik, 753 min 905-nin isə benzinlə olduğu bildirilib.
Açıqlamada ölkədə dizellə işləyən avtomobillərin sayının surətlə azalmağa davam etdiyi bildirilib, " Bu, tarixi bir hadisədir. 10 il əvvəl çox az adamın təsəvvür edə biləcəyi bir dönüş nöqtəsidir. Gələcək təmiz dünya naminə örnək irəlləyişdir ".
Cəmalə