Norveçdə Milad süfrəsində kütləvi yoluxma: 120 nəfərdə “Omikron” ştammı tapıldı

Norveçdə Milad süfrəsində kütləvi yoluxma: 120 nəfərdə “Omikron” ştammı tapıldı
DÜNYA
22:34 05.12.2021
368
Norveçin paytaxtı Osloda kütləvi Milad yeməyinə qatılan 120 nəfərdə yeni növ koronavirusun "Omikron" variantının aşkar edildiyi bildirilib.

Bu barədə Norveç Xalq Sağlamlığı İnstitutu məlumat yayıb.

Məlumata görə, kütləvi tədbir Oslodakı "Louise" restoranında baş tutub.

Mərasim Norveçin enerji şirkəti "Scatec" tərəfindən təşkil edilib.
OXŞAR XƏBƏRLƏR