Novorossiysk limanında iki gəmi toqquşub

DÜNYA
19:55 21.02.2025
871
Novorossiysk limanında iki gəmi toqquşub, onlardan biri cüzi zədələnib.

Bu barədə adıçəkilən ölkənin təcili xidmətlərdəki mənbə məlumat verib.

Məlumata görə, "NATİQ ƏLİYEV” tankeri "BEGONIA-S” gəmisi ilə toqquşub.

Gəmilər bir-birindən ayrıla bilməyib və bir neçə saat dolaşıq vəziyyətdə qalıblar.

Kapitanların verdiyi ilkin informasiyaya əsasən, tankerə heç bir ziyan dəyməyib. Bundan əlavə, quru yük gəmisinin lövbər zənciri tankerin gövdəsinə ilişib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.
 
///report
OXŞAR XƏBƏRLƏR