Novruz Məmmədov: Dünyanı indiki vəziyyətə salan Qərb liderlərinin səhvləridir

SİYASƏT
16:09 26.10.2015
1269
“Bundan da böyük “səhvlər” olub”.
Deyirlər Bleyer “səhvinə” görə üzr istəyib. Amma bu nə 1-ci “səhvdir”, nə də sonuncu. Bundan da böyük “səhvlər” olub.
AZXEBER.COM-un xəbərinə görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “twitter” səhifəsində yazıb.
N. Məmmədov qeyd edib ki, son illər Qərbdə rəhbərlərin belə səhvlərinin sayı-hesabı yoxdur:
"Dünyanı indiki vəziyyətə salan da elə bilə-bilə edilən bu səhvlərdir”.
Xatırladaq ki, Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyer bu yaxınlarda verdiyi müsahibə zamanı İraq müharibəsində baş verənlərə görə üzr istəyib və İŞİD-in baş qaldırmasında qismən günahkar olduğu barədə fikirlər səsləndirib.
OXŞAR XƏBƏRLƏR