Novruz Məmmədov: 'Eşton və Fülenin fikirlərini ədalətsiz və olduqca qərəzli hesab edirəm'

Novruz Məmmədov:
SİYASƏT
14:10 04.10.2013
1409

Avropa İttifaqının (Aİ) rəsmiləri Ketrin Eşton və Ştefan Fülenin Azərbaycanla bağlı növbəti birgə bəyanatını təəssüf və təəccüblə qarşıladım.

AZXEBER.COM xəbər verir ki, bunu Prezident Adminstrasiyası (PA) rəhbərinin müavini, PA beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Aİ-nin ali komissarı Ketrin Eşton və və sözügedən qurumun qonşuluq və genişləndirmə məsəslələri üzrə rəsmisi Ştefan Fülenin son bəyanatına münasibət bildirərkən dilə gətirib.PA rəsmisinin qeyd etdiyinə görə, sözügedən şəxslər Brüsseldə otura-otura Azərbaycanın daxilində baş verən hadisələrdən, proseslərdən xəbərdar olmaya-olmaya özlərinin birbaşa fəaliyyətinə aid olmayan məsələlərlə bağlı fikirlər səsləndirirlər.N.Məmmədov qeyd edib ki, o, Aİ-nin hər iki rəsmisinin bəyanatını, orada səsləndirilmiş fikirləri səmimi, ədalətli hesab etmir:“Əksinə, mən həmin fikirləri ədalətsiz və olduqca qərəzli hesab edirəm. Nə Ketrin Eşton, nə də cənab Ştefan Füle bu günə qədər Ermənistan-Azərbaycan münaqişəsi, bir milyon azərbaycanlı qaçqın, məcburi köçkün barədə ədalətli, predmetli, məntiqli fikir, mövqe ortaya qoymayıblar.Niyə onlar bu günədək bir dəfə də olsun belə Ermənistanın təcavüzkar siyasətini pisləyən bəyanatla çıxış ettməyiblər?Yaxşı olardı ki, həmin şəxslər, xüsusulə hər zaman Azərbaycana qısqanclıqla, qərəzlə yanaşan Ştefan Füle Ermənisatn prezidentinin Avropa Şurası Parlament Assmbleyasının son sessiyasındakı növbəti antiAzərbaycan çıxışına, onun təhdidlərinə cavab verəydi.Niyə cavab vermirlər?”PA rəsmisi eyni zamanda qeyd edib ki, Azərbaycanda oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə bağlı bildirilən iradların da heç bir əsası yoxdur.Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti özü seçkilərin demokratik, ədalətli keçirilməsində maraqlıdır və bu, belə də olacaq:“Artıq Azərbaycanda seçkiləri izləmək üçün onlarla müşahidə missiyası var. Bu sıraya həm Avropa Şurası, həm ATƏT, həm də digər beynəlxalq qurumlar daxildir.Eyni zamanda, Azərbaycandakı seçkilərlə, ölkədə baş verən proseslərlə bağlı nüfuzlu sorğu mərkəzlərinin rəyləri ortadadır.Əvvəlcə həmin rəylərlə, mövqelərlə tanış olsunlar, sonra münasibət bildirsinlər”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb