Novruz Məmmədov nazirləri topladı - Göstərişlər verdi

Novruz Məmmədov nazirləri topladı - Göstərişlər verdi
SOSİAL
12:36 11.10.2018
3244
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirəsində qaldırılan məsələlərlə əlaqədar Baş nazir Novruz Məmmədovun yanında Nazirlər Kabineti Aparatının iclası keçirilib.

Nazirlər Kabinetindən AZXEBER.COM-a verilən məlumata görə, sosial-iqtisadi sahədə ölkəmizin əldə etdiyi uğurlu nəticələrdən, iqtisadi islahatların daha da dərinləşdirilməsi istiqamətində aparılan məqsədyönlü işlərdən danışan N.Məmmədov vurğulayıb ki, müşavirə zamanı Prezident İlham Əliyevin qeyd etdiyi kimi, beynəlxalq mövqeləri daha da möhkəmlənən Azərbaycan regionda sabitliyin, təhlükəsizliyin, əməkdaşlığın inkişafına töhfə verir:

"Eyni zamanda, ölkəmizdə iqtisadiyyat sahəsində islahatların dərinləşməsi, iqtisadiyyatın rəqabətliliyinin artırılması üçün mühüm addımlar atılır. Xüsusən, sənaye istehsalında, qeyri-neft sektorunda mühüm işlər görülür. Ölkədə makroiqtisadi vəziyyət sabitdir, investisiya və infrastruktur layihələri ardıcıl icra edilir, əhalinin aztəminatlı hissəsinin, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, məcburi köçkünlərin sosial problemləri daim dövlətin diqqət mərkəzindədir. Möhtərəm Prezidentin dediyi kimi, bu il Cənub Qaz Dəhlizinin, TANAP layihəsinin açılışları böyük nailiyyətlərdir. 

Bu yaxınlarda "Azerspace-2" peykinin orbitə çıxarılması, həmçinin Sumqayıtda, Mingəçevirdə, Masallıda Sənaye Parklarının yaradılması uğurlu işlərimizdəndir. İnfrastruktur layihələri ilə bağlı nəzərdə tutulan bütün məsələlər öz müsbət həllini tapır. Kənd təsərrüfatının inkişafına, bölgələrdə məşğulluğun artırılmasına dövlət qayğısı da öz yüksək səmərəsini göstərməkdədir. Pambıqçılıq, üzümçülük, meyvəçilik, tərəvəzçilik sahələrində böyük irəliləyişlər müşahidə olunur".

Yekunda sosial-iqtisadi inkişafının nəticələrinə dair ətraflı fikir mübadiləsi aparıldıqdan sonra Baş nazir Azərbaycan Prezidenti İlham Əliyevin müşavirədə verdiyi tapşırıqların icrası ilə əlaqədar Nazirlər Kabineti tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbirlərlə bağlı Nazirlər Kabineti Aparatının aidiyyəti şöbələrinə müvafiq göstərişlər verib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyada Milli Təhlükəsizlik Şurası yaradılır
19:50 27.08.2025
Almaniyada Milli Təhlükəsizlik Şurası yaradılır
Aİ Trampın avtomobillər və mallar üzrə tariflərin azaldılması tələbi ilə razılaşacaq
19:39 27.08.2025
Aİ Trampın avtomobillər və mallar üzrə tariflərin azaldılması tələbi ilə razılaşacaq
HƏMAS-ın yüksək vəzifəli şəxsi öldürülüb
19:28 27.08.2025
HƏMAS-ın yüksək vəzifəli şəxsi öldürülüb
İsrail HƏMAS-a qarşı əməliyyat keçirib, külli miqdarda vəsait müsadirə olunub
19:10 27.08.2025
İsrail HƏMAS-a qarşı əməliyyat keçirib, külli miqdarda vəsait müsadirə olunub
İtaliya millisinin heyətində Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
18:57 27.08.2025
İtaliya millisinin heyətində Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
İsrail Qəzzanın təxliyə edilməsini qaçılmaz hesab edir
18:39 27.08.2025
İsrail Qəzzanın təxliyə edilməsini qaçılmaz hesab edir
"Roma"nın yarımmüdafiəçisi A Seriyasının digər təmsilçisinə keçə bilər
18:27 27.08.2025
"Roma"nın yarımmüdafiəçisi A Seriyasının digər təmsilçisinə keçə bilər
Tramp: Corc Soros və oğlu məsuliyyətə cəlb olunmalıdır
18:07 27.08.2025
Tramp: Corc Soros və oğlu məsuliyyətə cəlb olunmalıdır
Atası tərəfindən döyüldüyü iddia edilən iki yaşlı körpə xəstəxanaya yerləşdirildi
17:52 27.08.2025
Atası tərəfindən döyüldüyü iddia edilən iki yaşlı körpə xəstəxanaya yerləşdirildi
Turizm eksperti: “Azərbaycana turist axınında azalma müşahidə olunur”
17:34 27.08.2025
Turizm eksperti: “Azərbaycana turist axınında azalma müşahidə olunur”
DOST Mərkəzindəki yanğın söndürüldü
17:23 27.08.2025
DOST Mərkəzindəki yanğın söndürüldü
Xırdalanda DOST Mərkəzi yanır
16:56 27.08.2025
Xırdalanda DOST Mərkəzi yanır
Mirzoyan: Azərbaycanla sülh müqaviləsinin imzalanması və ratifikasiyası planlaşdırılır
16:54 27.08.2025
Mirzoyan: Azərbaycanla sülh müqaviləsinin imzalanması və ratifikasiyası planlaşdırılır
Telefonunu götürmək üçün kanala girən gəncin meyiti tapıldı
16:36 27.08.2025
Telefonunu götürmək üçün kanala girən gəncin meyiti tapıldı
Zaqatalada qanunsuz sərnişindaşımaya qarşı tədbirlər keçirilib
16:32 27.08.2025
Zaqatalada qanunsuz sərnişindaşımaya qarşı tədbirlər keçirilib
"Əllərini vicdanlarına qoysunlar" - "Muğam müsabiqəsi"ndə etiraz edən xanəndə danışdı
16:24 27.08.2025
"Əllərini vicdanlarına qoysunlar" - "Muğam müsabiqəsi"ndə etiraz edən xanəndə danışdı