Novruz Məmmədov prezidentin Ərəbistan səfərindən yazdı

SİYASƏT
11:15 07.04.2015
1503
Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan arasında əməkdaşlığlıqdan yazıb.
AZXEBER.COM-un məlumatına görə, PA rəsmisi twitter səhifəsində prezidentin Ərəbistan səfərindən yazıb.
“Səudiyyə Ərəbistanı Krallığı Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Səudiyyə Ərəbistanı Krallığı Dağlıq Qarabağ münaqişəsinin həllini yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində görür”.
Qeyd edək ki, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 5-dən etibarən Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfər ediblər. Səfər zamanı dövlət başçısı bir sıra rəsmi görüşlər keçirib.
OXŞAR XƏBƏRLƏR