“Dəqiq məlumatları”, görəsən, “Washington Post” kimdən alır?”.
Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Washington Post” qəzetində Azərbaycanla bağlı nəşr olunan məqalələrə münasibət bildirib.
AZXEBER.COM xəbər verir ki, Prezident Administrasiyası rəhbərinin müavini öz Tvitter səhifəsində “Azərbaycanın harada yerləşdiyini bilmədiyi halda, bu ölkə haqqında “dəqiq məlumatları”, görəsən, “Washington Post” kimdən alır?” - yazıb.
N.Məmmədov, həmçinin Qərb demokratiyası ilə bağlı fikirlərini ifadə edib:
“Qərbdə Azərbaycanla bağlı obyektiv məqalə yazanlara qarşı kampaniya elan edilib. Bu, demokratiyadır”.