Novruz Məmmədov “Şərq tərəfdaşlığı”nın bəyannaməsindən narazıdır

Novruz Məmmədov “Şərq tərəfdaşlığı”nın bəyannaməsindən narazıdır
Siyasət
18:46 22.05.2015
2131
“Xüsusi mövqeyimizi rəsmi surətdə yazıb göndərəcəyik”.
Azərbaycan “Şərq tərəfdaşlığı” sammitinin yekun Bəyannaməsinin müəyyən müddəalarını blok etmək istəyib.
AZXEBER.COM APA-ya istinadla xəbər verir ki, bu barədə Avropa Parlamentinin prezidenti Martin Şultz bildirib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi bəzi müddəalarla razılaşmayıb.
M.Şultz Azərbaycanın daxili siyasəti ilə bağlı mövqeyinin bəlli olduğunu bildirib, bununla belə, Azərbaycan hakimiyyəti ilə dialoqu davam etdirməyin tərəfdarı olduğunu vurğulayıb.
Azərbaycan Prezident Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov isə M.Şultzun hər dəfə bir bəhanə ilə Azərbaycanın əleyhinə addımlar atdığını deyib:
“Onun beynində, fikrində həmişə Azərbaycan var. Bu sammitin məqsədi Avropa İttifaqı ilə “Şərq tərəfdaşlığı” dövlətlərinin əməkdaşlığının indiki vəziyyətini, problemlərini, perspektivlərini müəyyənləşdirməkdən, nəzərdən keçirməkdən ibarətdir.
Şübhəsiz, bununla bağlı Avropa İttifaqı ilə əməkdaşlığımızda müəyyən sözümüzü, mövqeyimizi bildiririk. Bu forumun yekun Bəyannaməsinə ciddi iradlarımız var. Biz Bəyannamənin ruhunu Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığının xarakterinə uyğun saymırıq. Azərbaycan postsovet məkanında Avropa İttifaqı ilə uğurlu, hərtərəfli əməkdaşlıq edən dövlətdir. Amma Bəyannamədə Azərbaycanla bağlı müddəalar o ruha cavab vermir. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yanaşmadan narazıyıq. Bütün bunları biz açıq şəkildə Avropa İttifaqı rəhbərliyinə, burada iştirak edən bütün dövlətlərin nümayəndə heyətlərinə çatdırdıq.
Bununla bağlı çox böyük gərginlik yarandı. Biz ümumilikdə Bəyannaməyə razılıq veririk, amma xüsusi mövqeyimizi bildirməklə... Xüsusi mövqeyimizi isə rəsmi surətdə yazıb göndərəcəyik. Biz Avropa İttifaqı ilə sıx enerji, siyasi islahatlar, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlıq edirik, ikinci belə dövlət yoxdur. Amma bizi başqa dövlətlərlə eyniləşdirmək lazım deyil.
Azərbaycan prezidenti də dəfələrlə deyib ki, Avropa İttifaqı ilə münasibətlərimiz xüsusi xarakter daşımalı, aramızda strateji tərəfdaşlıq olmalıdır. Biz münasibətlərimizi bu istiqamətdə qurmaq istəyirik.
Bu dəfə də təklifimiz və tələbimiz bu idi ki, Avropa İttifaqı ilə münasibətlərimizi başqaları ilə eyni çərçivədə yox, ayrıca - strateji tərəfdaşlıq sənədi ilə quraq. Danışıqlar da bu istiqamətdə gedirdi. Təkliflərimiz Avropa İttifaqı tərəfindən nəzərə alınmasa, gələcəkdə bu əməkdaşlıq, bu əməkdaşlığın xarakteri ilə bağlı mövqeyimizi bildirəcəyik".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mert viza ala bilmədiyi üçün Serenayla gedə bilmədi
19:53 08.08.2025
Mert viza ala bilmədiyi üçün Serenayla gedə bilmədi
ADNSU-nun əlaçı tələbələri Balaxanıda “ADNSU-100” lövhəsinin açılışını ediblər - FOTOLAR
19:51 08.08.2025
ADNSU-nun əlaçı tələbələri Balaxanıda “ADNSU-100” lövhəsinin açılışını ediblər - FOTOLAR
Məşhur aktrisaya AĞIR İTKİ
19:48 08.08.2025
Məşhur aktrisaya AĞIR İTKİ
Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibədə qalib gəldi – indi o sülhü qazandı
19:46 08.08.2025
Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibədə qalib gəldi – indi o sülhü qazandı
Yaşar süni intellektlə çəkilən klipini təqdim etdi - VİDEO
19:25 08.08.2025
Yaşar süni intellektlə çəkilən klipini təqdim etdi - VİDEO
Almaniya İsrailə silah ixracını dayandırıb
19:10 08.08.2025
Almaniya İsrailə silah ixracını dayandırıb
Ukrayna və Moldovanın Aİ üzvlüyü üçün danışıqlar prosesi eyni vaxtda başlayacaq
18:58 08.08.2025
Ukrayna və Moldovanın Aİ üzvlüyü üçün danışıqlar prosesi eyni vaxtda başlayacaq
Çin İsrailin Qəzza ilə bağlı planlarından ciddi narahatdır
18:40 08.08.2025
Çin İsrailin Qəzza ilə bağlı planlarından ciddi narahatdır
Fransa klubu çempionatın başlamasına bir gün qalmış Liqa 2-yə yüksəlib
18:29 08.08.2025
Fransa klubu çempionatın başlamasına bir gün qalmış Liqa 2-yə yüksəlib
Həbsxanaya kartofun içərisində telefon keçirmək istədi
18:06 08.08.2025
Həbsxanaya kartofun içərisində telefon keçirmək istədi
Putin bu ilin sonunda Hindistana səfər edəcək
17:52 08.08.2025
Putin bu ilin sonunda Hindistana səfər edəcək
ADNSU-nun üç əməkdaşı “Qlobal İqlim Dəyişikliyi Çağırışı 2025” müsabiqəsində münsif seçildi
17:38 08.08.2025
ADNSU-nun üç əməkdaşı “Qlobal İqlim Dəyişikliyi Çağırışı 2025” müsabiqəsində münsif seçildi
Ağ Ev: Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq
17:33 08.08.2025
Ağ Ev: Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq
"Vaşinqton görüşü nəticəsində Cənubi Qafqaz üçün yeni siyasi səhifə açıla bilər" - ŞƏRH
17:20 08.08.2025
"Vaşinqton görüşü nəticəsində Cənubi Qafqaz üçün yeni siyasi səhifə açıla bilər" - ŞƏRH
Yağış yağacaq, leysan olacaq, dolu düşəcək
17:07 08.08.2025
Yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Azərbaycan XİN: Gürcüstandakı münaqişənin ərazi bütövlüyü prinsipləri əsasında həllinin tərəfdarıyıq
17:05 08.08.2025
Azərbaycan XİN: Gürcüstandakı münaqişənin ərazi bütövlüyü prinsipləri əsasında həllinin tərəfdarıyıq