Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini və Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Cənubi Qafqazın Yüksələn Ulduzu: İlham Əliyev Dövründə Azərbaycan” kitabının geniştərkibli təqdimat mərasimində iştirak etmək məqsədilə Ankarada işgüzar səfərdə olub.
AZXEBER.COM xəbər verir ki, səfər çərçivəsində N.Məmmədov Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu, Prezidenti Administrasiyasının rəhbəri Prof. Dr. Mustafa İsen, Türkiyə Böyük Millət Məclisinin sədr müavini Sadık Yakut və hakim Ədalət və İnkişaf Partiyasının xarici əlaqələr üzrə sədr müavini Mövlud Çavuşoğlu ilə çox faydalı görüşlər keçirib.Xoş və səmimi şəraitdə keçirilən görüşlər zamanı, iki ölkə arasında olan qardaşlıq və dostluq münasibətləri, bu münasibətlərin daha da inkişaf etdirilməsi yolları, həyata keçirilmiş strateji mahiyyətə malik layihələrin əhəmiyyəti, bir millətin iki dövlətinin gələcəkdə zəruri olan müştərək fəaliyyətləri və atılması vacib olan addımlar üzərində müzakirələr aparılıb.N.Məmmədov həyata keçirdiyi görüşlər zamanı Türkiyədən olan rəsmi şəxslərə “Cənubi Qafqazın Yüksələn Ulduzu: İlham Əliyev Dövründə Azərbaycan” kitabını hədiyyə edib.N.Məmmədov Türkiyənin nüfuzlu “Hürriyet Daily News” qəzeti və Anadolu Agentliyinə müsahibələr verib, ən baxımlı xəbər kanalı “TRT Haber” televiziya kanalında canlı yayımlanan proqramda iştirak edərək ölkəmizin xarici siyasəti, sosial-iqtisadi inkişafı və Azərbaycanın son illərdə olan sürətli inkişafı ilə bağlı çox saylı suallara aydınlıq gətirib.
AZXEBER.COM həmin verilişi təqdim edir: