Novruz süfrəsi bir ailəyə minimum neçə manata başa gələcək?

Novruz süfrəsi bir ailəyə minimum neçə manata başa gələcək?
MARAQLI
22:48 17.03.2024
569
Novruz bolluq, bərəkət rəmzi sayılır. Bu səbəbdən süfrəmizə hər cür naz-neməti düzməyə çalışırıq. Lakin bu gün bazardakı qiymətlər süfrələrin də nizamına təsir edir. Süfrəsini bolluca nemətlərlə bəzəyib bayramı ürəyi istədiyi kimi keçirmək hər ailəyə nəsib olmur.

Maraqlıdır, Novruz süfrəsi bu il bir ailəyə minimum neçə manata başa gələcək?

Şəkərbura, paxlava, qoğal...

Novruzu adına musiqilər bəstələnən, xonçalara bəzək vuran şəkərbura, paxlava, qoğalsız təsəvvür etmək olmaz. Varlı, kasıb - fərq etməz, hər ailənin bayram süfrəsində səməni nə qədər önəmlidirsə, bu üç şirniyyat da bir o qədər vacibdir. Bəs görək, bunları bişirmək neçəyə başa gəlir?

Şirniyyatlar üçün iki kiloqram un minimum üç manat, yağ kərə yağıdırsa, iki kiloqramı 30 manat, qatıq 3-4 manat, on ədəd yumurta bir manat 70 qəpik, bir kiloqram qoz ləpəsi 16 manat, bir kiloqram fındıq ləpəsi 15 manat, iki kiloqram şəkər tozu dörd manatdır. Əlavə ədviyyatlar üçün iki manat vəsaitə ehtiyac var. Beləliklə, Novruz şirniyyatlarının hazırlanması minimum 73-74 manata başa gəlir. Əgər bu şirniyyatları hazır almaq istəyirsinizsə, şəkərburanın bir ədədi minimum bir manat, paxlavanın kiloqramı 20 manatdan başlayır, qoğalın isə bir ədədi minimum bir manatdır. Yəni dörd nəfərlik ailəyə minimum on şəkərbura, on qoğal alsaq, bir kiloqram da paxlavanı üzərinə gəlsək, 40 manatımızdan keçməli olacağıq.

Şah plovun şah kimi qiyməti

Süfrələrin şahı plovdur. Plovsuz Novruz Bayramı təsəvvür edilməz. Bir ailə plov yemək üçün bir kiloqram düyüyə minimum beş manat ödəməlidir. Yanında "aş-qarasını" saysaq, 20 manat da buna xərclənməlidir.

Bu gün ən çox xərc tutan məhsullar ət və kərə yağıdır. Mal ətinin bir kiloqramı 13 manat, qoyun əti 17-18 manat, toyuq əti 6-10 manatdır. Əgər balıq almaq istəsəniz, məsələn, kütüm üçün 17-20 manatınızdan keçməli olacaqsınız.

Bir xonça neçəyə başa gəlir?

Bazardakı qiymətləri iqtisadçı ekspert Rauf Qarayevlə də müzakirə etdik. Həmsöhbətimiz masaların bəzəyi olan xonçanın qiymətlərini araşdırıb: "İydənin bir kiloqramı 7-8 manat, innab 6-12 manat, xurma 10-14 manat, qoz və fındıq səkkiz manat, qoz ləpəsi 15 manat, fındıq ləpəsi 16 manat, şabalıd 14 manat, ərik 8-20 manat, turşu yeddi manat, kişmiş səkkiz manat, püstə (İran) 26-28 manat, püstə (Türkiyə) 31-36 manat, şəkər tozu 2.20 manat, buğda unu bir manatdır. Yəni bir xonçaya minimum 127 manat pul xərclənir".

Meyvəsiz süfrə olar?

Gələk meyvələrə. Meyvəsiz süfrə olar? Amma meyvəqabınızı doldurmaq istəyirsinizsə, minimum 17 manatınızdan keçməlisiniz: "Mandarinin bir kiloqramı üç manat, kivi dörd manat, banan üç manat, ananas yeddi manatdır".

Qiymət artımı qeydə alınıb?

İqtisadçı deyir ki, isti yeməklərə xərclənən pul minimum 41 manat, şirniyyata 50 manat, şirələrə isə altı manatdır. Dörd nəfərlik ailə bayram süfrəsi açmaq üçün minimum 270 manat xərcləməlidir.

Hər kəsi builki qiymət artımı maraqlandırır. İqtisadçının sözlərinə görə, keçən ilin mart ayında qeydə alınan inflyasiya 13,8 faiz təşkil edib. Bu ilin yanvarında isə sözügedən göstərici 1,7 faizdir. Yəni ciddi qiymət artımı qeydə alınmır".

Novruz bayramının məsrəfi

Yaşayış minimumuna gəldikdə, iqtisadçı qeyd edir ki, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib: "Əgər ailədə ana, ata və iki uşaq varsa, 1044 manat gəliri olmalıdır ki, həmin ailə bir ay yaşaya bilsin. 1044 manat gəlirin 270 manatını Novruz Bayramında məsrəf etməlidir. Ehtiyac meyarının həddi haqqında qanunla isə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2024-cü il üçün bu göstərici 270 manat məbləğində təsdiq edilib. Ehtiyac meyarına nəzər yetirdikdə 270 manat bir adamın aylıq minimum yaşaması üçün məbləğdir. Yaşayış minimumu da 270 manatdır. Əvvəllər fərqli rəqəmlər idi. Amma bu məbləğ kasıb adamın bayramı keçirməsinə bəs etmir. Nəticədə orta təbəqə və yuxarı təbəqədən fərqli olaraq kasıb insanlar bayramı keçirmək üçün ətrafdan asılı olacaqlar". // kaspi.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
09:50 18.10.2026
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
09:44 18.10.2026
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
09:29 18.10.2026
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
09:16 18.10.2026
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
09:08 18.10.2026
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
09:03 18.10.2026
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
08:55 18.10.2026
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
08:49 18.10.2026
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
08:36 18.10.2026
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
Kollecdə faciə: Ölən və yaralananlar var
08:30 18.10.2026
Kollecdə faciə: Ölən və yaralananlar var
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
08:23 18.10.2026
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
08:16 18.10.2026
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
08:09 18.10.2026
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
08:00 18.10.2026
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
07:50 18.10.2026
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb
07:23 18.10.2026
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb