Novruz Süfrəsini Necə Bəzəyək? - TikTok Yaradıcılarından İlhamverici İdeyalar

Novruz Süfrəsini Necə Bəzəyək? - TikTok Yaradıcılarından İlhamverici İdeyalar
SOSİAL
09:57 18.03.2026
245

Azərbaycan xalqı qədim ənənəsinə sadiq qalaraq böyük coşqu ilə Novruzu qeyd edir. Evlərdə milli mətbəximizə dair dadlı təamların hazırlanması süfrəyə xüsusi bəzək qatır. Qonaqpərvərliyi ilə tanınan xalqımız gözəl süfrələrin hazırlanmasına böyük maraq göstərir.

Bu ənənəvi yanaşma müasir dövrdə rəqəmsal platformalarda da öz əksini tapır. Xüsusilə TikTok-da Novruz süfrələrinin hazırlanması və təqdimatı ilə bağlı paylaşımlar geniş auditoriyanın diqqətini cəlb edir. İstifadəçilər bayram şirniyyatlarının düzülüşü və ümumi konseptin qurulması ilə bağlı yaradıcı videolar paylaşaraq həm ənənələri yaşadır, həm də izləyiciləri maarifləndirir.

Platformada yayımlanan məzmunlar izləyicilərə ilham verməklə yanaşı, Novruz süfrəsini daha estetik və yaddaqalan şəkildə hazırlamaq üçün praktik ideyalar təqdim edir. Beləliklə, TikTok milli dəyərlərin təbliğində güclü və effektiv bir vasitə olaraq önə çıxır.

TikTok-da Novruz süfrəsinin zərif təqdimatı - @homestories.az

Zövqlü və estetik mətbəx, süfrə və qida mövzularında kontenti olan bu TikTok yaradıcısının Novruz bayramı münasibətilə süfrə bəzədilməsi haqqında məzmunu geniş izləyici marağına səbəb olub. Novruzun simvolu olan səməni, xüsusi zövqlə hazırlanmış bir süfrədə yer alaraq bayramın rəmzinin vacibliyini bir daha vurğulayır. Bu detalla yanaşı, çərəzlərin dəmir qablarda təqdim edilməsi milli üsluba xas olan incə detalları qorumağın gözəl nümunəsidir.

Daha sonra isə bayram süfrəsinin ayrılmaz elementləri – paxlava, şəkərbura və qoğalın səliqəli şəkildə düzülməsi, süfrəni həm ənənəvi, həm də estetik cəhətdən mükəmməl balanslaşdırır. Süfrəyə əlavə olaraq, digər şirniyyat növləri də məharətlə yerləşdirilib. Vizuallığı tamamlayan gözəl yasəmən gülü, süfrəyə təravət və bahar havası gətirir, onu zərif və gözəl bir şəkildə bəzəyir. Bir sözlə, bu məzmunda yaradıcı, ənənəvi elementləri qorumaqla yanaşı, onları müasir və zövqlü şəkildə təqdim etməyi bacarıb.

Bayram süfrəsində yaz çiçəkləri  - @tastytales.knl

Daha bir TikTok yaradıcısı qonaqlar üçün bayram ovqatını süfrəyə yansıtmaqla izləyicilərinə gözəl bir təqdimat təqdim edib. Süfrəyə ilk olaraq səməni yerləşdirərək bayramın ruhunu vurğulayıb, növbəti mərhələdə isə milli mətbəxə xas olan təamların düzülüşünə başlayıb. Ardınca, süfrəyə gətirilən müxtəlif salatlar, həm rəngarəngliyi, həm də çeşidliliyi artıraraq vizual cəhətdən daha cəlbedici və canlı bir görüntü yaradır. Bu mərhələ, qonaqlara seçim imkanı verməklə yanaşı, süfrənin ümumi havasını daha da canlandırır.

Sonra isə təqdimatın kulminasiya nöqtəsi gəlir: milli mətbəximizin şah yeməklərindən olan plov süfrəyə təqdim edilir. Plovun səliqəli və zövqlə bəzədilməsi, süfrənin estetik görüntüsünü tamamlamaqla yanaşı, milli ruhu da daha qabarıq şəkildə nümayiş etdirir.

Güldana yerləşdirilən zərif və kövrək çiçəklər, yazın simvollarından biri kimi ətrafa təravət və estetik gözəllik bəşx edir. Bu incə detal yalnız vizual olaraq süfrəyə estetik bir əlavə etməklə kifayətlənmir, eyni zamanda baharın gəlişini simvolizə edərək bayramın təbiətini daha da gücləndirir.

Ənənəvi və müasir təqdimat bir arada - @anaqiz.dadli.anlar

Bu kontent yaradıcısı hazırladığı süfrədə ənənəvi və müasirliyi bir araya gətirir. Yaradıcı süfrəyə səmənini sadə formada deyil, yumurta ornamentləri ilə birləşdirilmiş fərqli forma və dekor gül formasında təqdim edir.

Süfrəyə əlavə olunan müxtəlif növ salatlar və böyük gül həm rəngarənglik, həm də təravət effekti yaradır, beləliklə hər detal diqqətlə düşünülmüş görünür. Şirniyyat süfrəsinin ayrıca masada təqdim olunması isə izləyicilərə daha səliqəli təqdimat nümunəsi göstərir. Şirniyyat masasında Novruzun atributlarından olan qoğalın yer alması bayram masasının hazırlandığını diqqətə çatdırır. Çay süfrəsinin ayrıca təqdim edilməsi yemək süfrəsində qarışıqlıq yaranmamasına və harmoniyanın pozulmamasına səbəb olur.

Bu cür təqdimatlar TikTok izləyicilərinə yalnız estetik baxımdan ilham vermir, eyni zamanda Novruz süfrəsinin bəzədilməsi üçün praktik ideyalar təqdim edir, yəni həm ənənəni, həm də müasir yaradıcılığı bir arada nümayiş etdirir.

Novruzun rəngi süfrədə - by.nerma

TikTok-un növbəti kontent yaradıcısı isə özünün bayram paylaşımında süfrə konseptini Novruzun rəngi hesab edilən yaşıl tonlarda hazırlayıb. Bu yaşıllıq səməni və baharın çiçəkləri ilə birlikdə həyatın canlanmasını və təbiətin oyanmasını xarakterizə edir. Səməninin güllərlə bəzədilməsi isə həm estetik görünüş, həm də bayram rəmzlərinin önəmi ön plana çıxarılmasına səbəb olub.

Süfrədə milli geyimli kişi fiqurları mədəni irsi və ənənəvi dəyərləri əks etdirir, izləyicilərə Novruz süfrəsinin həm vizual, həm də mədəni aspektlərini təqdim edir, narlar isə bolluq rəmzini əks etdirərək eyni zamanda, məkana rəngarənglik bəxş edir.

Çiçəklərlə bəzədilmiş bu süfrə konsepti izləyicilərə yalnız gözəl və estetik görünüş təqdim etmir, həm də milli ənənələri və Novruz simvollarını müasir dil ilə çatdıran ilhamverici bir kontent nümunəsi kimi çıxış edir.

Yazın rəngləri və Novruzun ruhu bir məzmunda - @nargisfood

Bu kontent yaradıcısı süfrədə əsasən kreativliyə üstünlük verib. Süfrədə yaz fəslinin ağaclara həyat verdiyi əks olunub. Budaq formasında bəzək üzərində fiqurlu yumurtalar masada bayram ovqatını yaradıb. Al-əlvan boyanmış yumurtalar süfrəyə xüsusi pozitiv ab-hava qatır, onların parlaq rəngləri izləyicilərin diqqətini çəkməklə yanaşı bayramın canlı ruhunu əks etdirir. Yazın müjdəsini təqdim edən milli geyimdə qız fiquru isə bir əlində səməni tutaraq ənənə və simvolizmi ön plana çıxarır. Vaz içərisində yerləşdirilmiş gül masaya təravət və ətirli anlar əlavə edir, süfrənin vizual və emosional təsirini gücləndirib. Nəticədə, bayram süfrəsinin ayrılmaz atributlarından biri olan plov da zövqlə təqdim edilib.

Sözügedən məzmun TikTok izləyicilərinə yalnız gözəl süfrə nümunəsi təqdim etmir, həm də Novruzun ruhunu və yazın canlılığını vizual şəkildə çatdıran ilhamverici bir konsept kimi çıxış edir.

Süfrədə bahar əhvalı yaradan - @marinablogs1

"Marinablogs” adlı bir yaradıcı isə Novruzun incəliklərini çay süfrəsində vizual olaraq təqdim edir. Süfrə rəngarəng tərtib olunub və diqqət çəkən elementlərdən biri güllərlə bəzədilmiş səmənidir, bu həm ənənəni ön plana çıxarır, həm də baharın təravətini simvollaşdırır.

Rəngli yumurtalar və baharı xatırladan çiçəklər süfrəyə canlılıq və vizual harmoniya qatır, izləyicilərə həm estetik, həm də bayram ruhunu hiss etdirir. Süfrənin digər əhəmiyyətli elementləri olan şəkərbura və paxlava isə həm milli mətbəximizin zənginliyini nümayiş etdirir, həm də dekorativ rol oynayaraq süfrəni daha cəlbedici edir. Bu məzmun TikTok izləyicilərinə yalnız vizual zövq vermir, həm də çay süfrəsini necə rəngarəng, balanslı və bayram ovqatına uyğun təqdim etmək barədə praktik ideyalar təqdim edir.

Buta fiqurlarından yumurta boyadılmasına kimi unikal təqdimat: @aliyevafiidan

Bu kontent yaradıcısı yüksək zövqlə və bayram əhval-ruhiyyəsi ilə çay süfrəsinin hazırlanma prosesini izləyiciləri ilə bölüşür. Masa üzərinə xalça naxışları tonunda üzlük sərilməsi süfrəyə həm milli ruh, həm də estetik zəriflik qatıb. Yumurtaların üzərində obrazların olması süfrəyə fərqlilik və unikallıq gətirib. Tonqal üzərində milli geyimdə bəy və xanım fiqurlarının yerləşdirilməsi, həmçinin tonqal ornamentlərinin istifadəsi süfrəyə həm bayram simvolunu, həm də mədəni irsi əks etdirən detallar əlavə edir.

Ən maraqlı detallardan biri isə buta fiqurunun içərisində Novruz təamlarının – şəkərbura və paxlavanın yerləşdirilməsidir. Bu, süfrəyə milli mətbəximizin zənginliyini nümayiş etdirən incə bir toxunuş qatır. Belə təqdimatlar TikTok izləyicilərinə yalnız estetik ilham vermir, həm də süfrənin hər detalının necə düşünülmüş şəkildə yerləşdirilə biləcəyinə dair praktiki ideyalar təqdim edir.

Son olaraq qeyd edək ki, TikTok yaradıcılarının Novruz süfrəsi təqdimatları, həm ənənəvi dəyərlərin qorunmasına, həm də müasir estetik meyllərin yaradılmasına önəm verir. Hər bir süfrə konsepti, bayramın ruhunu və milli mədəniyyəti izləyicilərə çatdırır. Süfrədə istifadə olunan detallarla, milli mətbəxin zənginliyi, süfrənin hər bir elementindəki düşünülmüş yanaşma izləyicilərə yalnız ilham vermir, həm də bayramın əsl mahiyyətini və gözəlliyini təqdim edir. Hər bir süfrə, izləyicilər üçün bir növ bayram sənətinin əksidir və onları Novruzun gözəlliyinə bir daha inandırır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR