Novxanı çimərliyi: Dənizkənarında masa üçün 10 manat vermək lazımdır - FOTO

Novxanı çimərliyi: Dənizkənarında masa üçün 10 manat vermək lazımdır - FOTO
SOSİAL
13:13 22.06.2017
1994

İyunun  15-dən ölkə ərazisində çimərlik mövsümü  rəsmən açılıb. Müvafiq strukturlar isə yenə də ənənəvi monitorinq nəticələrini açıqlayıblar.

Bu monitorinqə görə, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil çimərliklərindən başqa bütün çimərliklər çimmək üçün yararlı hesab olunur. Lakin çimərlik mövsümünün rəsmən açılmasından bir həftə keçsə də hələ çimərlik havası deyil, Bakıda havalar küləkli və sərin keçir.

Bəs bu il  paytaxt çimərliklərində vəziyyət necədir? Sərin havalarda da dəniz sahilində dincəlməyə gedənlər varmı?

Milli.Az xəbər verir ki, 

 
 

Müsahibimiz deyir ki, 25 ildən çoxdur hər yay Novxanı çimərliyinə gəlir və çimərliyin hər qarışına yaxşı bələddir. Onun sözlərinə görə, 2000-ci il zəlzələsindən sonra dənizin Novxanı hissəsinin relyefində dəyişiklik olub, sualtı torpaq qatında iri çatlar yaranıb. O vaxtdan  da bu zonada suda boğulma halları çoxalıb: "Şıx çimərliyində böyük bir ərazinin dərinliyi eynidir, adamlar orada rahat üzürlər. Amma burda zəlzələdən sonra torpaq qatı parçalanıb, ayrılıb. Üzdüyün yerdə bir də gördün ki, gedirsən. Neçə dəfə öz başıma gəlib. Üzə bilməsəydim çoxdan batmışdım. Elə ona görədir ki, neçə illərdir burada boğulma təhlükəsilə üzləşənlərin sayı çoxdur", -deyə H. Əzimov əlavə edir.

Elə çimərlikdə boğulmadan söz düşmüşkən, əslində bu zonada dənizdə boğulma təhlükəsilə üzləşən və ya xəsarət almış şəxsi xəstəxanaya çatdırmaq özü müşkül məsələdir. Xüsusən də, günortadan sonrakı pik saatlarda tıxacı keçərək xəstəxanaya çatınca xəstə ölməsə belə ölümcül vəziyyətə düşər.

Boş masa 10 manat...

Hava imkan verməsə də, sahil zolağı boyunca dənizin soyuq suyuna baş vuranlara rast gəldik. Amma çimənlərdən çox suyun kənarında süfrə açıb oturanlar var idi. Onların əksəriyyəti həm dəniz havası udmaq, həm də piknik etmək niyyətində idilər. Sahildə yerləşən bahalı retoranlarda müştərilər olsa da, kiçik və nisbətən ucuz istirahət mərkəzlərində demək olar ki, müştəri gözə dəymirdi.

Həqiqətən də, istirahət mərkəzlərinin bəzilərində müsahibimizin bildiridiyi vəziyyətlə qarşılaşdıq. Məsələn, "Narın" istirahət mərkəzinin əməkdaşından öyrəndik ki, burada çay içmək üçün gərək masa sifariş edəsən. Masanın qiyməti isə 10 manatdır. Təbii ki, çaya boş masaya ödənilən 10 manatdan əlavə azı 3 manat ödəməlisən.

Novxanı istirahət mərkəzlərində yerindən asılı olaraq bir çaydan çay 3-10 manat arasında dəyişir. Əksər istirahət mərkəzlərində "şezlonq"olmasa da, çətir kirayələmək mümkündür. Çətirin qiyməti də yerdən asılı olaraq 3-5 manat, "şezlonq" 6-7 manat, koteclərin qiyməti isə 30-50 manat arasında dəyişir.

Novxanı çimərliyində girişi 20-25 manat olan özəl istirahət mərkəzləri də var ki, burada adi çimərlikdən fərqli olaraq hovuz və akvaparkdan istifadə etmək üstünlüyü var.

Novxanı çimərliyinə gələnlər bir də sahil boyu o baş-bu başa vurnuxan atlıları görməmiş deyillər. Bu çimərliyə gələnlərə daha bir xidmət - at xidməti də təklif olunur. Atla kiçik məsafəyə gəzintiyə görə isə 3 manatdan keçmək lazımdır. İstirahət mərkəzində sadəcə duşdan istifadənin qiyməti 1-2 manatdır. Eyni zamanada əksər ümumi sayılan, əslində isə yarıxüsusiləşmiş çimərliklərə avtomobillə daxil olmaq üçün 1 manat ödəniş olunmalıdır.

"Bizim istirahət mərkəzində çimmək qadağandır"

Novxanıda yerləşən "Amor", "Diana" kimi istirahət mərkəzlərində isə sahil zolağında çimməyə icazə verilmir. "Amor" istirahət mərkəzinin mühafizəçisi bildirdi ki, bura yalnız yeməyə və dincəlməyə gələnlər üçündür. Mühafizəçi ümumiyyətlə, istirahət mərkəzinin içərisindən keçərək dəniz sahilinə getməyə icazə verilmədiyini dedi. Suyun içərisinə qədər hasarlanan bu istirahət mərkəzinin sahil ərazisində təmizlik gözə çarpsa da, kənar ərazilər zibilliyi xatırladırdı. Doğrudur, əvvəlki illərdən fərqli olaraq çimərlikdə dincələn mal-qara görmədik. Amma hələ mövsüm qızışmamış yerdə içki şüşələri, selofan torbalar, qida qalıqları, hətta "pampers"ə də rast gəldik.

Çimərlikdən çıxmaq istəyirdik ki, əlimdəki dondurma kağızını xatırladım. 40 dəqiqəyə yaxındı ki, onu əlimdə gəzdirirdim, atmağa zibil qutusu tapmadım. Kağızı çantama qoyub gəldiyimiz yolu geri qayıtdıq. Bayaqdan dənizdə üzənlərdən heç kim qalmamışdı, hava daha da soyuduğundan  çimərlikdəkilər yığışıb getmişdilər. Dəniz tək qalmışdı. Lap qışdakı kimi...

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xidmət və işlərlə əlaqədar qanunvericiliyin tələblərini pozan QHT-lər cərimələnəcək
20:21 18.06.2025
Xidmət və işlərlə əlaqədar qanunvericiliyin tələblərini pozan QHT-lər cərimələnəcək
DİN yol kənarlarında ticarətlə bağlı vətəndaşlara müraciət edib
20:08 18.06.2025
DİN yol kənarlarında ticarətlə bağlı vətəndaşlara müraciət edib
İran AEBA-nı öhdəliklərini yerinə yetirməməkdə ittiham edib
20:00 18.06.2025
İran AEBA-nı öhdəliklərini yerinə yetirməməkdə ittiham edib
Ukraynanı tərk edən ölkə vətəndaşlarının sayı açıqlanıb
19:49 18.06.2025
Ukraynanı tərk edən ölkə vətəndaşlarının sayı açıqlanıb
Böyük Britaniya diplomatlarının ailə üzvləri İsraildən çıxarılıb
19:37 18.06.2025
Böyük Britaniya diplomatlarının ailə üzvləri İsraildən çıxarılıb
Almaniya XİN İranı İsrailə güzəştə getməyə çağırıb
19:24 18.06.2025
Almaniya XİN İranı İsrailə güzəştə getməyə çağırıb
"Bütün konsertlərimdən pul qazanmışam"- Namiq onları yalanladı
19:10 18.06.2025
"Bütün konsertlərimdən pul qazanmışam"- Namiq onları yalanladı
Qrossi: Natanzdakı obyektdə radioaktiv çirklənmə baş verib
18:59 18.06.2025
Qrossi: Natanzdakı obyektdə radioaktiv çirklənmə baş verib
İsrail XİN rəhbəri: İranla heç bir danışıq aparılmır
18:47 18.06.2025
İsrail XİN rəhbəri: İranla heç bir danışıq aparılmır
IDF sözçüsü: İsrail hərbi obyektləri, İran isə mülki əhalinin evlərini hədəfə alıb
18:32 18.06.2025
IDF sözçüsü: İsrail hərbi obyektləri, İran isə mülki əhalinin evlərini hədəfə alıb
"Azerçay” ölkəmizin çay mədiyyətini dünyaya tanıtmağa davam edir
18:19 18.06.2025
"Azerçay” ölkəmizin çay mədiyyətini dünyaya tanıtmağa davam edir
Xameneyi: İran İsraillə münaqişədə qalib gələcək
18:14 18.06.2025
Xameneyi: İran İsraillə münaqişədə qalib gələcək
Oğuz-Qəbələ-Bakı su xəttindəki qəz aradan qaldırıldı - Xəttə su doldurulur
18:13 18.06.2025
Oğuz-Qəbələ-Bakı su xəttindəki qəz aradan qaldırıldı - Xəttə su doldurulur
İraqda İrana PUA daşıyan üç avtomobil saxlanılıb
17:57 18.06.2025
İraqda İrana PUA daşıyan üç avtomobil saxlanılıb
Konfrans Liqası: “Hayduk” “Zirə"nin, “Aris” “Araz-Naxçıvan”ın rəqib olub
17:45 18.06.2025
Konfrans Liqası: “Hayduk” “Zirə"nin, “Aris” “Araz-Naxçıvan”ın rəqib olub
Avropa Komissiyası bir sıra Aİ ölkələrinə qarşı məhkəmə iddiası qaldıracaq
17:33 18.06.2025
Avropa Komissiyası bir sıra Aİ ölkələrinə qarşı məhkəmə iddiası qaldıracaq