Novxanı çimərliyində 11 yaşlı oğlan boğuldu

Novxanı çimərliyində 11 yaşlı oğlan boğuldu
SOSİAL
10:50 20.07.2021
540
Fövqəladə Hallar Nazirliyinə Abşeron rayonu, Novxanı kəndində dənizdə (qeyri-çimərlik ərazidə) 2010-cu il təvəllüdlü Kərimov Səid Nail oğlunun batması barədə məlumat daxil olub.

AZXEBER.COM xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, hadisə yerinə cəlb olunan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən S.Kərimovun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

OXŞAR XƏBƏRLƏR