Novxanı çimərliyində 12 yaşlı yeniyetmə batdı - FOTOLAR

Novxanı çimərliyində 12 yaşlı yeniyetmə batdı - FOTOLAR
SOSİAL
15:29 24.07.2019
7547
Xəzər dənizində 12 yaşlı yeniyetmə batıb.

"Report"un məlumatına görə, hadisə Abşeron rayonundakı Novxanı çimərliyində qeydə alınıb.

Belə ki, valideyn nəzarətindən yayınan 2007-ci il təvəllüdlü Bayram Kərimli qadağan olunmuş ərazidə çimərkən boğulub.

Ətrafdakı insanlar onun meyitini sudan çıxarıb.

Faktla bağlı araşdırma aparılır.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR