Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Elxan Oqtay oğlu İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
AZXEBER.COM xəbər verir ki, bu ilin noyabrın 12-si Prezidentin sərəncamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Elxan İbrahimov cəmi 47 gün Nəsimi rayon icra hakimiyyətinin başçısı olub.
Qeyd edək ki, 43 yaşlı E.İbrahimov Nəsimi rayonundan əvvəl Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı idi.










































