"Noyabrın 4-dək davam edəcək" - Astroloq açıqladı

MARAQLI
14:33 04.09.2024
261
4 sentyabrda astrologiyada müharibə və cazibə ulduzu olaraq xarakterizə edilən Mars Xərçəng bürcünə keçəcək və noyabrın 4-nə qədər bu bürcdə qalacaq.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyəli astroloq Dinçer Güner paylaşım edib.
 
O, paylaşımda bildirib:

Bu gündən etibarən Mars Xərçəng bürcünə keçəcək və noyabrın 4-nə kimi səyahət edəcək.Təbii ki, Marsın Xərçəngə təsirini dərk etmək üçün ilk növbədə Mars və onun simvollaşdırdığı məsələlər haqqında təsəvvürümüz olmalıdır.
 
Mars döyüşün, mübarizə aparmağın, güc tətbiq etməyin planetidir. 
 
Xərçəng ev, yuva, ailə, məskunlaşma, mənsub olmağı bildirən bürcdür. Ev və ailə məsələlərinə diqqəti artırır. Ailə daxilində daha qoruyucu və müdafiəçi bir münasibət yarana bilər. Evlə bağlı layihələrə başlamaq, evdə təmir işləri aparmaq və ya evdə təhlükəsizlik məsələləri ilə məşğul olmaq üçün də ideal vaxtdır.
 
Ailə münaqişələri və ya evlə bağlı problemlər ön plana çıxa bilər və bu məsələlərə daha çox vaxt və səy sərf etməli ola bilərsiniz.
 
Bu dövrdə emosional reaksiyalar daha şiddətli ola bilər. Zəiflik arta bilər və emosional təhlükəsizliyə ehtiyac ön plana çıxa bilər. Tez-tez keçmişdə yaşanan emosional hadisələr yenidən gündəmə gələ bilər və bu məsələlərlə məşğul olmaq ehtiyacı yarana bilər. Bir növ keçmişlə üz-üzə gəlməyin vaxtıdır.
 
Mars bu bürcdə tənəzzüldə olduğundan, enerji axını bəzən tıxanmış və ya sıxılmış hiss edilə bilər. İstədiyiniz nəticəni əldə etmək üçün daha dolayı üsullara riayət etmək lazım ola bilər.

Bu dövrdə daxili mübarizə hiss edə və emosional dalğalanmalara məruz qala bilərsiniz. Özünüzü emosional cəhətdən zəif hiss edə bilərsiniz.
Xüsusilə mədə daha həssasdır, yeyilən yeməklər bol su ilə yuyulmalıdır, qida zəhərlənməsinə qarşı diqqətli olun, mədə şikayətlərinin ən çox rast gəlindiyi dönəmdəyik. Marsın Xərçəngdəki döyüş gücü birbaşa münasibətdən daha çox emosional, hiss yönümlü bir müharibədir.
 
Oksana


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir