"Nöqsana yol vermiş bəzi vəzifəli şəxslər barəsində tədbirlər görülməyib" - SƏDR

"Nöqsana yol vermiş bəzi vəzifəli şəxslər barəsində tədbirlər görülməyib" - SƏDR
SOSİAL
13:42 14.04.2017
711
 
 
"2016-cı il üzrə nəzarət tədbiri kimi audit aparılan qurumlar tərəfindən 443 nəfər barədə bir sıra intizam-tənbeh tədbirlərinin tətbiq edilməsi ilə bağlı məlumatlar Hesablama Palatasına daxil olub".
 
"APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında Hesablama Palatasının 2016-cı il üzrə hesabatının müzakirəsi zamanı qurumun sədri Vüqar Gülməmmədov deyib.
 
Onun sözlərinə görə, bəzi qurumlar tərəfindən nöqsan və pozuntulara yol vermiş vəzifəli şəxslərə münasibətdə zəruri intizam-tənbeh tədbirləri tam görülməyib.
 
"Həmçinin, bu tədbirlərin preventiv xarakter daşımasını nəzərə alaraq tətbiq edilən tədbirlər əvvəlki illərdə olduğu kimi kifayət qədər sərt olmayıb”, - deyə o vurğulayıb.

 
 
 
 
OXŞAR XƏBƏRLƏR