Nüfuzlu mətbu orqanı açıqladı: Bayden seçkilərdə məğlub ola bilər

Nüfuzlu mətbu orqanı açıqladı: Bayden seçkilərdə məğlub ola bilər
DÜNYA
12:51 17.07.2024
156
ABŞ Prezidenti Co Baydenin ən yaxın adamları ondan bir-bir imtina edirlər.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə "New York Times" qəzetinə danışan mənbələr bildiriblər.
  
Məlumata görə, Baydenin prezident seçkilərində rəqibi Donald Trampla qarşılaşdığı canlı yayımdakı əsaslı çıxışından sonra getdikcə təcrid olunduğu və bu səbəbdən yaxınlarının ondan uzaqlaşdığı vurğulanıb.

Xəbərdə Baydenin daha çox həyat yoldaşı Cil və digər ailə üzvlərinin və ona sadiq olan az sayda insanın fikirlərini dinlədiyi, partiyasında onun prezidentlik yarışından geri çəkilməsi üçün təzyiqlərin sürətlə davam etdiyi bildirilib. 

Qeyd edək ki, "New York Times”a danışan etibarlı mənbələr iddia edirlər ki, Baydenin bu cür davranışları onun seçkilərdə məğlub olmasına gətirib çıxaraca.
  
Mikayıl
OXŞAR XƏBƏRLƏR