AZXEBER.COM xəbər verir ki, möhtəşəm layihə 27 noyabr Ramada Hotel-də baş tutacaq. Bu barədə layihənin rəhbəri, teleaparıcı Tural Ozan məlumat verib.
Hər il olduğu kimi bu il də, məhşurlar qırmızı xalı üzərindən keçəcəklər.
Tanınmış sənət adamları , müğənnilər , media nümayəndələri , şirkətlər , öz sənəti ilə fərqlənən fərdi şəxslərin iştirakı ilə baş tutacaq bu ilki mükafatlandırmada qaliblərin adları hələki açıqlanmır.
15 Noyabr tarixinədək qalib gəlmiş nominantların adları açıqlacaq. Bu il daha bir yenilik isə layihə baş prodüserinin dəyişməsi olub.
Belə ki, layihəyə bu il Təranə Səmədova prodüserlik edir. 50-yə yaxın mətbuat nümayəndələri, televiziyalar, jurnalistlərin iştirak edəcəyi Number One 2015-də, jurnalistlər üçün akreditasiya tarixi də 15 noyabrdır.
Qeyd edək ki, AZXEBER.COM layihənin informasiya dəstəkçisidir.




