Ötən gün "5/5" verlişində Zaur Kamalın qonaqlarından biri cazibədar Nura Suri olub.
AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, yerində yenicə əyləşən müğənni Zaurun gözlənilməz sualı ilə qarşı-qarşıya qalıb.
Müğənni ilə aparıcının sözügedən mövzu ətrafındakı dioloqunu təqdim edirik:
- Nura, deyirlər məndə şeytan tükü var. O tük hardadır? Üzümün bu tərəfindədir, o biri tərəfindədir?
- Nə mənada deyirlər?
- Dünya şöhrətli müğənnimiz Zeynəb Xanlarova demişdi. Deyir "Heç hara gedən deyiləm. Sənin bir çağırışınla radio verlişinə gəldim"
- Bu peşəkarlığındır sənin. İnsanlarla düzgün münasibət qura bilirsən, ona görə.