"Dünyagörüşü "plintus”dan aşağı olanlar hər mövzuda kiçik beyinləri yorub, fikir bildirməsələr daha sanballı görünə bilərlər. Ay nə bilim "müğənni sənəti ilə sevilsin, geyimi ilə deyil" kimi boş fikirləri özünüzə saxlayın”.
AZXEBER.COM xəbər verir ki, bu sözləri müğənni Nura Suri bildirib.
Müğənni, geyimə görə müğənniləri tənqid edən insanlara ünvanladığı yazıda bu şəxsləri kompleksli adlandırıb:
"Ən sevilən, məşhur, toylarınızın, tədbirlərinizin tacı olanlar elə açıq-saçıq geyimləri ilə qəbul olunublar. O qədər burnunuzu hər yerə lazım oldu-olmadı soxursunuz ki, öz həyatınızı yaşaya bilmirsiniz, beyniniz inkişafdan qalıb, komplekslər, çərçivələr sizi boğub, özünüzdən xəbəriniz yoxdur. Sizi heç qonşularınız tanımır, evinizdə sözünüzün dəyəri yoxdur, elə bilirsiz şərhlərdə zəhərinizi töküb təmizlənirsiz? Xeyr! Yenə də sizin sözünüzün dəyəri yoxdur. Sadəcə nə qədər aciz olduğunuzu, beyni boş olduğunuzu nümayiş edirsiniz. Di gedin, indi bu boş beyninizlə bu dediklərimi həzm edib bu həqiqətlə yaşayın. Dünyadan xəbəriniz yoxdur hələ qalmısınız keçmişinci əsrlərin qul təfəkküründə. Onun bunun dalın, paltarın, şəxsi həyatını müzakirə etmək sizi nə hörmətə mindirir, nə də nə qədər aciz olduğunuzu ört-basdır edir”.
Aysel