Tanınmış müğənni Nura Suri bəzi bölgələrdə elektrik enerjisinin verilməsində problem yaşandığını bildirib.
AZXEBER.COM xəbər verir ki, müğənni sosial şəbəkədə bu haqda yazıb və deyib ki, Qusarda 1 həftədir ki, işıqlar yanmır:
"Prezidentin göstərişinə əsasən, Azərbaycanda işıq (elektrik) problemi aradan qaldırılmalı idi. Amma əfsuslar olsun ki, bölgələrdə hələ də problemlər mövcuddur. Qusarda gündə 5-6 dəfə işıq kəsilir. Camaatın elektrik avadanlıqları sıradan çıxır. Verilən elektrik 220 vatt olmadığından (ya az, ya da çox) insanlar əziyyət çəkir. İki əlaqə nömrəsinə isə cavab verən yoxdur".