Nura “ürəyinin adamı”nı tapdı - VİDEO

Nura “ürəyinin adamı”nı tapdı - VİDEO
MAQAZİN
13:15 06.03.2026
339
Müğənni Nura Suri uzun zaman sonra səssizliyini pozub.
 
AZXEBER.COM xəbər verir ki, o, yeni mahnısı və klipi "Ürəyimin adamı” ilə izləyicilərinin qarşısına çıxıb.

Nura Suri 5 yeni mahnı təqdim edəcəyini söyləyib:

"Uzun müddətdir efirlərdə görünməməyimin səbəbi üzərində çalışdığımız 5 mahnıdan ibarət yeni layihə idi. İlkin olaraq bu mahnıları albom şəklində təqdim etməyi planlaşdırırdıq. Lakin çalışdığım leybln tövsiyəsi ilə layihəni daha strateji şəkildə – mahnıları tək-tək sinql olaraq dinləyicilərə təqdim etmək qərarına gəldik.

Layihə çərçivəsində iki mahnının müəllifi Rəssam (Elvin Həsənov)dur. Bundan əlavə, Əli Türkoğlu, Murad Zeynalabdin və Qiyas Elşən kimi müəlliflərdən də mahnılar almışam. Hər bir mahnıya klip və ya video-rolik çəkilib və ya çəkilməsi planlaşdırılır. Mahnılar iki aydan bir təqdim olunacaq.
Beş mahnıdan ibarət layihənin ərsəyə gəlməsi həm maddi, həm də zaman baxımından böyük zəhmət tələb edir. Efirlərə isə yalnız yeni işlərim olanda çıxmağa üstünlük verirəm.

Bu gün sizə yeni işimi – "Ürəyimin adamı” adlı mahnımı təqdim edirəm. Mahnını 6 mart tarixindən etibarən bütün rəqəmsal platformalarda dinləyə bilərsiniz”.
 
Aysel


OXŞAR XƏBƏRLƏR