Bakı Nəqliyyat Agentliyində dəyişiklik olub.
AZXEBER.COM-un məlumatına görə, Nuridə Allahyarova Agentliyin mətbuat xidmətinin rəhbəri vəzifəsindən ayrılıb. Xanım jurnalist özü bu haqda sosial şəbəkədə yazıb: "Əziz dostlar, doğma Bakı Nəqliyyat Agentliyi ilə iş yollarımızı ayırdıq. Bu müddətdə yeni yaranan qurumumuza və şəxsən mənə ən böyük dəstək mediadan gəldi. Dostlar, haqqınızı halal edin!"
Xatırladaq ki, N. Allahyarova bundan öncə "BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətin mətbuat xidmətinə rəhbərlik etmişdi. Daha öncə isə Binəqədi rayon İcra Hakimiyyətində çalışıb.