Nurməhəmmədovun atası hələ də xəstəxanadadır - "Gözlərini indi açır"

Nurməhəmmədovun atası hələ də xəstəxanadadır - "Gözlərini indi açır"
İDMAN
21:27 10.06.2020
1397
UFC çempionu Həbib Nurməhəmmədovun meneceri Əli Əbdüləziz döyüşçünün məşqçisi və atası Əbdülmanaf Nurməhəmmədovun səhhəti ilə bağlı açıqlama verib.

AZXEBER.COM medicina.az-a istinadən bildirir ki, Ə.Əbdüləziz qeyd edib ki, koronavirus diaqnozu qoyulan 57 yaşlı mütəxəssisdə sağalma əlamətləri müşahidə olunur:

"Həbib və atası çox güclüdürlər. O yaxşılaşır. Gözlərini açıb reaksiya verir - bu, yaxşı əlamətdir.

Allah vəziyyətə nəzarət edir. Biz hamımız onun yaxşı olacağına inanırıq. Hər şey yalnız onun sağlamlığından asılıdır. O yaxşılaşır, biz hamımız buna görə şadıq", - deyə menecer qeyd edib.
OXŞAR XƏBƏRLƏR