Nüşabə Ələsgərli efirdə ağladı: “Belə çıxmaqdansa, ...” – VİDEO

Nüşabə Ələsgərli efirdə ağladı: “Belə çıxmaqdansa, ...” – VİDEO
MAQAZİN
15:18 05.04.2017
1196
ARB TV-nin "Gəlin danışaq" verilişinə qonaq olan tanınmış müğənni Nüşabə Ələsgərli maraqlı açıqlamalar verib.

O, verdiyi itkilərdən danışan zaman göz yaşlarını saxlaya bilməyib:

"Çox qısa zaman kəsiyində iki doğmamı itirdim. Özümə qapandım. Mənə deyirlər ki, niyə efirə çıxmırsan? Çıxa bilmirəm, bilirəm ki, ağlayacam. Anam heç vaxt məni qoymazdı ki, ağlayam. Bu formada görünmək istəmirəm. Efirə belə çıxmaqdansa, çıxmamaq yaxşıdır. Əvvəl lap pis idim. Zaman yaraları sağaltmır. Bacım mənə Kisa deyirdi. Film mahnıları oxumağımı istəyirdi. Onun sözü ilə "Uşaqlığın son gecəsi"ndəki mahnını 1995-ci ildə oxudum. Çox adam heç onun sözünü bilmirdi. Məni kökəlməyə qoymurdu. Bir bacım mənə Kisa, digər bacım Hədiyyə, anam isə Söylü deyirdi.

OXŞAR XƏBƏRLƏR