Fevralın 6-sında Türkiyədə baş verən dəhşətli zəlzələdən zərərçəkərlərə yardım əlini uzadan məşhurlardan biri də aşpaz Nüsrət Gökçə olub.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, aşpaz "AFAD" dərnəyinin hesabına 25 milyon lirə (təxminən 2,2 milyon manat) ianə bağışlayıb.
"Türkiyə Bir Ürək” kampaniyasında yer almayan dünyaca məşhur qəssab Nüsrət Gökçe sosial media hesabında yayımladığı videoda AFAD-a 25 milyon TL bağışladığını açıqlayıb. Gökçe paylaşımında dünyaya səslənərək köməyə çağırıb.
Qeyd edək ki, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 38 044 nəfərə çatıb.
Ayşən