Ünvanlı yardım təyinatı bitən ailələr üçün müddət uzadıldı

İQTİSADİYYAT
14:27 23.06.2020
792
Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsi proseduru sadələşdirilib.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, ölkəmizdə martın 1-dən etibarən xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə bu yardımın verilməsi 2020-ci il 1 iyul tarixinədək uzadılır.

OXŞAR XƏBƏRLƏR