Növbə onlara ÇATDI – Bu şəxslər psixoloq kimi fəaliyyət göstərə bilməyəcək

Növbə onlara ÇATDI – Bu şəxslər psixoloq kimi fəaliyyət göstərə bilməyəcək
SOSİAL
23:22 14.02.2025
1000
Azərbaycanda son zamanlar psixologiyaya maraq artıb və psixoloqa müraciət edənlərin sayı çoxalıb. Buna hər gün sayı artan psixologiya mərkəzləri də sübutdur. Lakin psixoloqların heç də hamısının fəaliyyəti müsbət qiymətləndirilmir.

Bildiyimiz kimi, psixologiya ixtisasına 4 il bakalavr və 2 il magisrtratura təhsili almaqla yiyələnmək olur. Amma bəzi mərkəzlərdə müxtəlif kurslardan əldə edilən sertifikatla da asanlıqla psixoloq kimi fəaliyyət göstərmək mümkündür.
 
Psixologiya insan ruhunun sağlamlığına xidmət etdiyi üçün inkişaf etmiş ölkələrdə buna daha ciddi yanaşılır. Psixologiya təhsili alanlar sahələri üzrə çalışmaq üçün çox sayda imtahanlardan uğurla keçir və müyyən müddətlik fəaliyyətinə dair icazə, lisenziya əldə edir. Həmin müddət bitdikdən sonra proses eyni qaydada təkrarlanır.

Xatırladaq ki, son zamanlar ölkəmizdə plastik cərrahların fəaliyyəti bir neçə nazirlik nümayəndələrinin iştirakı ilə xüsusi komissiya tərəfindən yoxlanılır.

Bəs psixoloqların fəaliyyətinə dair icazə lisenziyası verilirmi? Buna nəzarət olunurmu?

Mövzuya deputat, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı münasibət bildirib.

Millət vəkili psixoloqların fəaliyyəti üçün lisenziyalaşdırılmanın həyata keçirilməsinin bu xidmətin keyfiyyətinə müsbət təsir göstərəcəyini deyib:

"Psixoloji xidmətlər cəmiyyətin psixi sağlamlığı üçün çox vacibdir. Bu sahədə çalışan mütəxəssislərin peşəkar olması da mütləqdir. Qısa kurs sertifikatı olan şəxslərin psixoloq kimi fəaliyyət göstərməsi qeyri-peşəkarlıqla yanaşı, həm də ciddi fəsadlara yol açır. Ölkəmizdə psixoloqların fəaliyyəti üçün sertifikasiya və  lisenziyalaşdırılma həyata keçirilərsə, bu mexanizm həm vətəndaşların sağlamlığını təmin edər, həm də psixoloji xidmətlərin keyfiyyətini artırar”.

O vurğulayıb ki, problemin aradan qaldırılması üçün müvafiq qurumlar tərəfindən ciddi addımların atılması cəmiyyətin psixoloji sağlamlığına əhəmiyyətli töhfələr verərdi.
 
///bizimmedia
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
17:25 09.08.2025
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq
17:15 09.08.2025
İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
16:52 09.08.2025
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
16:32 09.08.2025
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
16:12 09.08.2025
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
15:51 09.08.2025
“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
Bakıda it oğurlayan şəxs həbs edildi
15:39 09.08.2025
Bakıda it oğurlayan şəxs həbs edildi
AŞPA sədri: Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq
15:11 09.08.2025
AŞPA sədri: Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq
SALOĞLU-da Fabrik Qiymətinə Kampaniyasının Son 5 Günü
15:05 09.08.2025
SALOĞLU-da Fabrik Qiymətinə Kampaniyasının Son 5 Günü
“İlham Əliyev tarix yazan, tarix yaradan bir liderdir” - Xoşqədəm Hidayətqızı yazır
15:03 09.08.2025
“İlham Əliyev tarix yazan, tarix yaradan bir liderdir” - Xoşqədəm Hidayətqızı yazır
Sumqayıtda evdən 45 min manat oğurlanıb, yerinə üzərində “etibarsız” yazılmış əskinas qoyulub
14:52 09.08.2025
Sumqayıtda evdən 45 min manat oğurlanıb, yerinə üzərində “etibarsız” yazılmış əskinas qoyulub
Rusiyanın 6 aeroportunda uçuşlar dayandırıldı
14:29 09.08.2025
Rusiyanın 6 aeroportunda uçuşlar dayandırıldı
“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq”
14:17 09.08.2025
“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq”
Maya Sandu Azərbaycan və Ermənistanı təbrik edib
14:02 09.08.2025
Maya Sandu Azərbaycan və Ermənistanı təbrik edib
Qriqoryan: İran əvvəllər blokadanın aradan qaldırılmasını dəstəklədiyini bəyan edib
13:49 09.08.2025
Qriqoryan: İran əvvəllər blokadanın aradan qaldırılmasını dəstəklədiyini bəyan edib
Şəkidə 5 otaqlı evdə yanğın olub
13:40 09.08.2025
Şəkidə 5 otaqlı evdə yanğın olub