Növbədənkənar Prezident seçkiləri ilə bağlı 6 milyondan çox bildiriş çap olunacaq

SİYASƏT
16:58 23.12.2023
182
Fevralın 7-də keçiriləcək prezident seçkilərində səs verəcək seçicilər səsvermənin yeri və vaxtı barədə məlumatlandırılacaq.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov komissiyanın bugünkü iclasında deyib.

O bildirib ki, 6 milyon 524 min 203 ədəd bildiriş müəyyən edilmiş mətbəə üsulu ilə hazırlanacaq: "Bildirişə təbriklə bağlı bənd də əlavə ediləcək".
OXŞAR XƏBƏRLƏR