"Növbədənkənar seçkilər əsl Zəfər seçkisi olacaq"

"Növbədənkənar seçkilər əsl Zəfər seçkisi olacaq"
SİYASƏT
16:04 10.12.2023
232
Azərbaycan Respublikasının öz ərazi bütövlüyü və suverenliyini tam bərpa etməsi ölkə Prezidentinin rəsmi andında öz əksini tapmış müqəddəs vəzifədir!  2018-ci ildə Prezident seçildikdən sonra İlham Əliyev xalqımızın qarşısında duran ən önəmli taleyüklü problemin həllinə xidmət edən son tamamlayıcı mərhələni başlatdı. Qısa zamanda ölkəmizin, xalqımızın bütün potensialını bir məqsəd uğruna səfərbər edən İlham Əliyevin suverenliyimizi bərpa etməsi bir çoxlarına görə həlli mümkünsüz sayılırdı. Öz ordusuna, bütövlükdə xalqımıza arxalanan İlham Əliyev mümkünsüzü mümkün etdi.

2018-ci ildə, məhz "Cümhuriyyət İli”ndə baş tutan Prezident seçkilərində İlham Əliyev növbəti dəfə qələbə çaldı. Cəmi iki il sonra - 2020-ci ilin sentyabrında II Qarabağ müharibəsi başladı - 30 illik işğala ayyarımda son qoyuldu! Etiraf edək ki, 44 günlük müharibənin nəticələrinin beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsi dövlət müstəqilliyimizin beynəlxalq birlik səviyyəsində tanınması qədər çətin idi. Amma sözü imzası qədər keçərli  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qələbə qazandıq. Bunun ardınca sürətli tikinti-quruculuq işləri başlandı.

Bu ilin aprel ayında Ermənistan-Azərbaycan şərti dövlət sərhədində DSX postu quruldu, 20 sentyabr 2023-cü ildə isə cəmi 23 saat  çəkən antiterror tədbirləri ilə işğalçı ordunun tör-töküntüləri də təmizləndi. 15 oktyabrda Müzəffər Ali Baş Komandan Xankəndi, Xocalı və digər yaşayış məntəqələrimizdə də bayrağımızı ucaltdı. Cənab Əliyev 20 il öncə məhz həmin gün ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası uçün ilk dəfə Prezident Andı içmişdi. Beləliklə, ərazi bütövlüyümüzün, suverenliyimizin bərpası həm bölgədə, həm də ölkəmizdə yeni gerçəkliklər yaratdı.
 
Müstəqil Azərbaycan Respublikası tarixində ilk dəfə seçkilər bütün ölkə ərazisində keçiriləcək. Bax, bu, ərazi bütövlüyümüzün, suverenliyimizin parlaq təsbitidir. 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkilərinə alnıaçıq və qürurla gedirik. Növbədənkənar adlandırılsa da, bu seçki elə zamanında təyin olunub.  Bu, elə vaxtdır ki, ölkəmiz ərazi bütövlüyünü təmin edib. Ölkə daxilində separatizm ocaqları söndürülüb. 

Bu seçki ilə ölkə tariximizin yeni mərhələsi başlayacaq. Bu, məzmunca 1993-cü ildə keçirilmiş prezident seçkilərini xatırladır. O vaxt dövlətimiz üçün olduqca çətin zamanlar idi və xalqın təkidli tələbi ilə Heydər Əliyev hakimiyyətə gəldi və ölkəni parçalanmaqdan xilas etdi. İndi də dövlətimizin hazırkı gücünü, imicini qoruyub saxlaya biləcək tək lider İlham Əliyevdir. Bu gün İlham Əliyevə alternativ yoxdur. Seçkinin bütün suveren Azərbaycan ərazisində keçirilməsi isə bütöv Azərbaycanın müstəqilliyinin göstəricisidir. 
Ərazilərimizin işğaldan azad edilməsinin, Azərbaycanın bərpa olunmuş suverenlinin memarı isə İlham Əliyevdir. Hələ qarşıda görüləsi çox işlər var və bu işləri İlham Əliyev hamıdan yaxşı görə bilər.

Növbədənkənar Prezident seçkilərini Zəfər seçkiləri adlandırmaq olar. Ölkə başçısı İlham Əliyev xalqa verdiyi sözə tam əməl etdi. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edildi, üçrəngli bayrağımız işğaldan azad edilən rayon və şəhərlərdə şərəflə dalğalandı. 

Növbədənkənar seçkilərin keçirilməsi dünyada qəbul olunmuş siyasi təcrübədir. Seçkilər hərbi və fövqəladə vəziyyətlərdə təxirə salınır, bəzən vaxtından əvvəl keçirilir. Bu seçkilər Prezident İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir. Ölkə rəhbəri bu günə qədər dediyi hər məsələni uğurla həyata keçirib. "Qarabağ Azərbaycandır!” şüarını dilindən düşürməyən xalqımız, uzun illər min bir zəhmət hesabına bu şüarı yaradan və həyata keçirən ölkə rəhbərinin yeni seçkilərdə əlbəttə ki, yanında olacaq, xarici və daxili siyasətini, o cümlədən Qarabağda və ölkənin digər bölgələrində quruculuq işlərini fəal şəkildə dəstəkləyəcək.  

Xalqımıza, ölkəmizə xeyirli-uğurlu olsun!

Səlim Məmmədov
Abşeron rayonu, Masazır kənd 5 saylı tam orta məktəbin direktoru
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
14:09 13.03.2026
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
14:06 13.03.2026
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
13:59 13.03.2026
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
13:57 13.03.2026
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
13:54 13.03.2026
Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
ABŞ Mərkəzi Komandanlığı İraqdakı təyyarə qəzasını təsdiqlədi - 4 nəfər öldü
13:53 13.03.2026
ABŞ Mərkəzi Komandanlığı İraqdakı təyyarə qəzasını təsdiqlədi - 4 nəfər öldü
Tarix Əliyev bu şəxslərə qadağa qoydu
13:44 13.03.2026
Tarix Əliyev bu şəxslərə qadağa qoydu
"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
13:38 13.03.2026
"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı
13:18 13.03.2026
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı
CNN: ABŞ İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə nəzərə almayıb
13:13 13.03.2026
CNN: ABŞ İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə nəzərə almayıb
Bu ailələrə hər ay 422 manat verilir
13:09 13.03.2026
Bu ailələrə hər ay 422 manat verilir
“50 minə yaxın müəllimin ixtisar riski yaranır”
13:07 13.03.2026
“50 minə yaxın müəllimin ixtisar riski yaranır”
“Söküntü zamanı kiçik evlər üçün pul kvadrata görə verilməsin​” -  Deputatdan təklif
12:51 13.03.2026
“Söküntü zamanı kiçik evlər üçün pul kvadrata görə verilməsin​” - Deputatdan təklif
Raul Ramazanov Vəkillər Kollegiyasından çıxarıldı
12:38 13.03.2026
Raul Ramazanov Vəkillər Kollegiyasından çıxarıldı
Fazil Mustafa: Bakıda güclü yağış yağan kimi Balaxanı-Zabrat gölü yaranır
12:33 13.03.2026
Fazil Mustafa: Bakıda güclü yağış yağan kimi Balaxanı-Zabrat gölü yaranır
Baş nazir quru sərhədlərinin bağlı olmasından danışdı
12:21 13.03.2026
Baş nazir quru sərhədlərinin bağlı olmasından danışdı