ABŞ gələn həftə İranla daha bir danışıqlar raundu keçirəcək.
Bu barədə ABŞ Donald Tramp "Axios"-a verdiyi müsahibədə bildirib.
O, Tehranın razılaşma istədiyini, lakin bunun Ağ Evin qəbul etməyə hazır olduğu razılaşma olmadığını bildirib.
Tramp vurğulayıb ki, Vaşinqton bir il əvvəl İslam Respublikasının şərtləri ilə razılaşmış ola bilərdi.
ABŞ prezidenti əlavə edib ki, "Onlar öz imkanlarını həddindən artıq qiymətləndiriblər".











































