Peru sahilləri yaxınlığında Rixter cədvəli ilə 6.8 bal gücündə zəlzələ olub. Bu barədə xəbəri ABŞ Geoloji xidməti yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 11.42-də Akari şəhərindən 80 kilometr cənub-şərqdə, 33 kilometr yerin dərinliyində qeydə alınıb.
Tələfat və dağıntı barədə məlumat yoxdur.