Yanvarın 13-də növbəti qrup Ümrə ziyarəti üçün Səudiyyə Ərəbistanına yola düşəcək.
Bunu AZXEBER.COM-a Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri deyib.
O qeyd edib ki, bu il Azərbaycandan Ümrə ziyarətinə gedəcək birinci qrupla bağlı proseslər artıq tamamlanmaq üzrədir. Hazırda müraciətlərin qəbul edilməsi davam edir.
Şöbə müdiri əlavə edib ki, Ümrə ziyarətində yeni tələb qoyulub: "Yeni tələb ondan ibarətdir ki, insanların çox olduğu halda açıq havada da maska taxılması məcburidir. Əvvəl belə tələb yox idi, sonradan bizə belə bir tələbin olduğu bildirildi", - deyə o qeyd edib.
Qeyd edək ki, Ümrə ziyarəti üçün qiymət təxminən 1440 dollar təşkil edir. Qiymət hotellərə görə dəyişə bilər.
Bu qiymətə təyyarə ilə səfər, VİP hoteldə qalmaq, qidalanma, transfer daxildir.