Növbəti “Sıfır Tullantı” həmrəylik marafonu 5 İyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunub

Növbəti “Sıfır Tullantı” həmrəylik marafonu 5 İyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunub
İQTİSADİYYAT
16:34 05.06.2025
913

5 İyun – Ümumdünya Ətraf Mühit Günü münasibətilə Qırmızı Ürəklər Fondunun və Kapital Bank-ın təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə növbəti "Sıfır Tullantı” həmrəylik marafonu keçirilib.

Xaçmaz rayonunun İstisu qəsəbəsində Xəzər sahil zolağında baş tutan aksiyada ümumilikdə 847 kiloqram məişət tullantısı toplanaraq aidiyyatı üzrə təhvil verilib. Xəzər dənizinin sahilyanı ərazilərinin təmizlənməsinə Kapital Bank-ın Quba-Xaçmaz iqtisadi rayonlarını əhatə edən filial şəbəkələrindən 57 nəfər əməkdaş könüllü olaraq qoşulub.

Aksiyanın əsas məqsədi cəmiyyətə tullantıların düzgün idarə olunmasının və ətraf mühitin təmiz saxlanmasının vacibliyini aşılamaq, eyni zamanda sahilyanı bölgələrin ekoloji vəziyyətinə diqqət çəkməkdir.

Layihə barədə fikirlərini qeyd edən Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il üçün elan etdiyi "Yaşıl Dünya Naminə Həmrəylik İli”ndə Qırmızı Ürəklər Fonduvə Kapital Bank tərəfindən start götürən bu marafon mütəmadi olaraq həyata keçirilir. Məqsəd cəmiyyətimizdə ekoloji savadlılığın və ətraf mühitə qarşı həssaslığın daha da artırılması, eyni zamandasahilyanı, dağ, meşə ərazilərində təmizliyə riayət olunmasını təbliğ etmək, bu ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq, hər kəsi təbiətə qarşı daha məsuliyyətli davranmağa təşviq etmək marafonun əsas hədəflərindəndir.

Qeyd edək ki, "Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil ola bilərsiniz.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şəmkirdə mikroavtobus yük avtomobili ilə toqquşdu
20:25 28.07.2025
Şəmkirdə mikroavtobus yük avtomobili ilə toqquşdu
Sahibə Qafarova Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb
20:20 28.07.2025
Sahibə Qafarova Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb
Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh masası Türkiyədə qurulacaq
20:11 28.07.2025
Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh masası Türkiyədə qurulacaq
Bakıda bağça müəllimləri üçün vakansiya seçimi başlayıb
20:03 28.07.2025
Bakıda bağça müəllimləri üçün vakansiya seçimi başlayıb
DTX imtahanlarda texniki fırıldaqçılıqla məşğul olan şəbəkə təşkilatçılarını saxlayıb
19:55 28.07.2025
DTX imtahanlarda texniki fırıldaqçılıqla məşğul olan şəbəkə təşkilatçılarını saxlayıb
“Sabah” - “Petrokub” oyununa satılan bilet sayı
19:49 28.07.2025
“Sabah” - “Petrokub” oyununa satılan bilet sayı
ABŞ Qəzzada ərzaq mərkəzlərinin yaradılmasını maliyyələşdirməyi planlaşdırır
19:37 28.07.2025
ABŞ Qəzzada ərzaq mərkəzlərinin yaradılmasını maliyyələşdirməyi planlaşdırır
İran İsraillə müharibə zamanı 23 məmura qarşı sui-qəsdin qarşısını alıb
19:23 28.07.2025
İran İsraillə müharibə zamanı 23 məmura qarşı sui-qəsdin qarşısını alıb
Tramp Rusiyaya verdiyi 50 günlük möhləti azaldacaq
19:11 28.07.2025
Tramp Rusiyaya verdiyi 50 günlük möhləti azaldacaq
Vətən müharibəsi iştirakçısının evi yandı
18:51 28.07.2025
Vətən müharibəsi iştirakçısının evi yandı
İranda şirkət rəhbəri qətlə yetirilib, əri şübhəli bilinir
18:39 28.07.2025
İranda şirkət rəhbəri qətlə yetirilib, əri şübhəli bilinir
Bakıdan regionlara gedən müntəzəm marşrut avtobuslarının 30 %-i yenilənib
18:26 28.07.2025
Bakıdan regionlara gedən müntəzəm marşrut avtobuslarının 30 %-i yenilənib
Bu yolda hərəkət məhdudlaşdırılır - Sürücülərin nəzərinə!
18:12 28.07.2025
Bu yolda hərəkət məhdudlaşdırılır - Sürücülərin nəzərinə!
Vaşinqton Tailand və Kamboca arasında atəşkəs razılaşmasını alqışlayır
18:04 28.07.2025
Vaşinqton Tailand və Kamboca arasında atəşkəs razılaşmasını alqışlayır
ABŞ Prezidenti: Rusiya üçün yeni son tarix 10-12 gün olacaq
17:47 28.07.2025
ABŞ Prezidenti: Rusiya üçün yeni son tarix 10-12 gün olacaq
MEDİA: Azərbaycanın bir sıra dövlət xadimləri adından reallığı əks etdirməyən açıqlamalar yayılıb
17:41 28.07.2025
MEDİA: Azərbaycanın bir sıra dövlət xadimləri adından reallığı əks etdirməyən açıqlamalar yayılıb