Nyu-Yorkda 20 yanvar faciəsinin anım mərasimi keçirildi - FOTOLAR

MARAQLI
17:50 22.01.2012
1579

Xəbər verdiyimiz kimi, 20 yanvar hadisələri təkcə Azərbaycanda deyil dünyanın bir çox ölkələrində yad edilib. Azərbaycan Nyu York Assosiasiyasının (ANA) təşkilatçılığı ilə Nyu York-da da anım mərasimi keçirilib. Həmvətənlərimiz keçirdikləri tədbirlə bağlı AZXEBER.COM-a məktub ünvanlayıblar. Bizdə öz növbəmizdə həmin məktubu sizlərə təqdim edirik:

“Doğma Azərbaycanımızın tarixinə qara hərflərlə yazılmış QANLI 20 YANVAR günü dünyanın hər yerində yaşayan azərbaycanlıların hüznlə, kədərlə xatırladığı bir gündür. Biz də vətənin sevincinə sevindiyimiz kimi onun kədərinə də şərik oluruq. Nyu-Yorkda fəaliyyət göstərən Azərbaycan Nyu York Assosiasiyası (ANA) yanvar ayının 20-də hər il olduğu kimi cəmiyyətin ofisində anım mərasimi təşkil etdi.Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anıldı. Vətən uğrunda canından keçmiş şəhidlərimizin ruhuna dualar oxundu və ehsan verildi.

Mərasimdə cəmiyyət üzvləri və turk icmasının üzvləri də iştirak etdilər. Çıxış edənlər doğma Azərbaycanımıza sülh, əmin-amanlıq, torpaqlarımızın yaxın zamanlarda geri qaytarılmasını arzu etdilər.

Biz arzu edirik ki, vətənimiz Azərbaycan bir daha şəhid verməsin, analarımızın gözü yaşlı qalmasın, körpələr valideynsiz, valideynlər övladsız olmasın. Dövlətimizin həyata keçirdiyi daxili və xarici siyasət sayəsində böyük qələbələrə nail olacağımıza ümid bəsləyirik”.

OXŞAR XƏBƏRLƏR