Nyu-Yorkda bıçaqla silahlanmış şəxs bir neçə nəfəri yaralayıb

Nyu-Yorkda bıçaqla silahlanmış şəxs bir neçə nəfəri yaralayıb
DÜNYA
23:04 06.04.2025
411
ABŞ-ın Nyu-York şəhərində bıçaqla silahlanmış kişi bir neçə nəfəri yaralayıb.
 
AZXEBER.COM "APA"ya istinadən xəbər verir ki, bu barədə "New York Post” qəzeti məlumat yayıb.

Məlumata görə, yaralananlar arasında 8-16 yaş aralığında olan olan üç qız və bir qadın var.

Cinayətkar hadisə yerinə gələn polis əməkdaşlarına hücum etməyə cəhd edib, bir neçə güllə yarası alıb və xəstəxanaya yerləşdirilib.
OXŞAR XƏBƏRLƏR