Nyu-Yorkda üçüncü cins rəsmiləşdirilir -FOTO

Nyu-Yorkda üçüncü cins rəsmiləşdirilir -FOTO
DÜNYA
12:25 18.12.2019
2994

Nyu-York sakinləri gələn ildən başlayaraq ölüm şəhadətnamələrində üçüncü cinsi göstərə biləcəklər.

"Rusiya 24” telekanalının məlumatına görə, bu barədə şəhərin səhiyyə idarəsinin veb saytında dərc olunmuş press-relizində deyilir.

Özlərini kişi və ya qadın hesab etməyənlərin sertifikatlarında "X seçim” göstəriləcək.

Keçən ilin oktyabr ayında Nyu-York meri Bill de-Blazio, şəhər sakinlərinə doğum şəhadətnamələrində müəyyənləşdirilməmiş cinsi göstərmək hüququnu verən qanun layihəsini imzalayıb.


OXŞAR XƏBƏRLƏR